PDF Oxu

Siyasət

  • 1 937

Perspektiv əməkdaşlıq istiqamətləri ŞƏRH

Perspektiv əməkdaşlıq istiqamətləri ŞƏRH

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. 44 günlük müharibə dövründə Türkiyə və Pakistan bizimlə bir yerdə idi.Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Birgə ticarətin həcmi artacaqdır. Bu istiqamətdə anlaşma memorandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaqdır. Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır.Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi.

Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində ikinci Qarabağ müharibəsi dövründə asılmış Pakistan bayraqlarını görə bilərsiniz. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanla bağlı önəmli mesajlar vermişdir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər