PDF Oxu

Siyasət

  • 2 822

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür ŞƏRH

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür ŞƏRH

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür

İyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. Bu ordu 1918-ci ildə ağır ictimai siyasi bir vəziyyətdə yaradılmışdı. Həmin il may ayının 28-də öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti ölkənin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə milli ordu yaradılması barədə qərar qəbul etdi. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra Azərbaycan Silahlı Qüvvələri də fəaliyyətini dayandırmağa məcbur oldu. Həmin dövrdən 105 il keçdikdən sonra Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin malik olduğu hərbi durum öz sələfi ilə müqayisədə ölçüyə gəlməz üstünlüyə malik olması göz önündədir.Əgər Cumhuriyyət dövründə ordu daxili və xarici düşmən qüvvələrin dəf edilməsinin öhdəsindən gələ bilməmişdisə, Müzəffər ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək yenidən öz ərazi bütövlüyünü bərpa etdi. Bugünkü güclü, müasir silahlara malik, yüksək hazırlıqlı peşəkar Azərbaycan ordusu hazırki duruma birdən-birə nail olmamışdır. Hamıya məlum olduğu kimi ötən əsrin 90-cı illərində ölkəmizdə ağır içtimai-siyasi vəziyyət hökm sürürdü. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə xaos, anarxiya baş alıb gedirdi. Ordu yox dərəcəsində idi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal etməyə nail oldu. Ölkənin bu çətin durumunda xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün bir sıra təxirəsalmaz vəzifələri həll etdi. Bunlardan biri də nizami ordunun yaradılması idi. Ulu Öndər həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qısa müddət ərzində bütün sahələrdə müsbət irəliləyişlər əldə edildi. Dünyanın aparıcı dövlətləri ilə siyasi əlaqələrin qurulması, atəşkəsin əldə edilməsi, dünyanın aparıcı neft şirkətləri ilə kontraktların bağlanması ölkənin həm iqtisadiyyatının, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Ulu Öndər ordunun texniki cəhətdən inkişafı ilə yanaşı şəxsi heyətin vətənpərvərlik hissini və döyüş ruhunu yüksəltmək üçün ordu sıralarında ideoloji işin aparılmasına mühüm önəm verərək deyirdi: “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.”

1993-cü ilin iyun ayının 15-dən başlayan ordu quruculuğu tezliklə öz bəhrəsini verməyə başladı. Ulu Öndərin başlayıb axıra çatdıra bilmədiyi taleyüklü məsələləri onun siyasi varisi cənab İlham Əliyev uğurla dvam etdirdi. Prezident seçildikdən sonra cənab İlham Əliyev ordunun NATO standartlarına uyğun qurulması üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirdi. Ordunun ən müasir silahlarla təchiz edilməsi Ali Baş Komandanın daim diqqətində saxlanırdı. Bu görülən işlər 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq 27 sentyabrda başlanan və 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük qələbə qazanmasına gətirib çıxardı. İndi Azərbaycan Xalqı fəxr edir ki, qarşıya qoyulan bütün hərbi vəzifələri icra etməyə qadir olan Ordusu var. Azərbaycan Ordusu işğal altından azad olunmuş torpaqlarımızda hal-hazırda müdafiə xidmətini yerinə yetirir. İnanırıq ki, qələbə əzmi ilə xidmət edən ordumuzun şəxsi heyəti xalqımıza qalibiyyət hissini yaşatdıqları üçün özləri də çox sevinclidirlər. Bu gün bütün Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəllah əsgər kimi hazırdır.Bəli, bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan Müstəqil bir dövlətdir. Bu Müstəqilliyin qarantı isə qəhrəman Azərbaycan ordusudur. Ölkəmiz sürətlə inlişaf edir və dünya birliyində sayılıb-seçilən bir Dövlət kimi tanınır. Biz hamımız fəxr etməliyik ki, Müstəqil Azərbaycanın vətəndaşıyıq.Bu ölkənin hərtərəfli yüksək qabiliyyətli, vətəndaşları tərəfindən sevilən və Beynəlxalq aləmdə xüsusi nüfuzu ilə seçilən Prezidenti, güclü ordusu və yumruq kimi birləşmiş xalqı var. Bu birlik həmişə bizi Qələbəyə aparacaq.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər