PDF Oxu

Siyasət

  • 2 837

Ukraynanın aparıcı KİV-ləri azərbaycanlı jurnalistlərin hücuma məruz qalmasından yazır

Ukraynanın aparıcı KİV-ləri azərbaycanlı jurnalistlərin hücuma məruz qalmasından yazır

Ukraynanın aparıcı KİV-ləri AZTV əməkdaşlarının Fransada hücuma məruz qalmasına dairyazılar dərc ediblər. Belə ki, “NewFormat”, “Ukr.net” xəbər portallarında dərc edilən məqalələrdə azərbaycanlı jurnalistlərə qarşı zorakılıq pislənilib.

Məqalələrdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalması ilə bağlı bəyanatı yer alıb. Qeyd olunur ki, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, - deyə məqalələrdə vurğulanır.

Digər xəbərlər