Siyasət

  • 6 337

Sergey Markov: Azərbaycan Qarabağ üzərində de-fakto suverenliyini bərqərar edəcək - MÜSAHİBƏ

image

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Ermənistan-Azərbaycan nizamlanması ətrafında baş verən son hadisələri "Moskva-Baku" portalına şərh edib. Politoloqun müsahibəsini oxucularımıza təqdim edirik.

- Fransa prezidenti Emmanuel Makron Marseldə erməni icması ilə görüşündə Parisin Qarabağ məsələsində qətiyyətli olduğunu açıqlayıb. “Mən Azərbaycan prezidenti İlham Əliyevə Ermənistanın baş naziri Nikol Paşinyanın özündən daha çox təzyiq göstərmişəm və göstərəcəyəm. Artsax məsələsi ilə bağlı dəqiq mövqe və mesajı olan yeganə şəxs mənəm. Artsaxa və bütövlükdə Ermənistana qarşı qətiyyətimə şübhə etməyin. Beynəlxalq aləmdə bu gündəmlə demək olar ki, yeganə mən qalsam belə, səylərimi davam etdirəcəyəm”, – Makron bildirib.

- Makronun çıxışına baxsaq, maraqlıdır ki, o, “Qarabağ” yox, “Artsax” adından istifadə edir. Bu, daha çox erməni olmaq, ermənilərdən daha çox erməni milli maraqlarını müdafiə etmək deməkdir. Bu yanaşma Ermənistan-Azərbaycan danışıqlar prosesində Fransa və Avropa İttifaqının imkanlarını əngəlləyir.
Eyni zamanda, ölkəsində belə siyasətlə, bu cür bəyanatlarla Makron Fransadakı nəhəng və nüfuzlu erməni icmasından böyük dəstək alacaq.

- Bu günlərdə Azərbaycanla Ermənistan arasında növbəti eskalasiya baş verdi. Separatçılar Ağdamda Azərbaycan mövqelərini atəşə tutub, bir Azərbaycan əsgəri yaralanıb. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri atəş nöqtəsinə hücum edib, bir neçə separatçı məhv edilib. Üstəlik, onların arasında Ermənistan hərbçiləri də var idi ki, onlar İrəvanın fikrincə, prinsipcə Qarabağda olmamalıdırlar. Ermənistan, üçtərəfli bəyanata görə, silahlı qüvvələrini geri çəkməli idi. Vəziyyəti necə şərh edərdiniz?

- Eskalasiya hər zaman alovlanacaq. Bu da başqa bir göstəricidir: nizamlanma prosesi getmir. Çoxlu danışıqlar platformaları var- Moskva, Vaşinqton, Brüssel... Amma danışıqlar platformalarında real irəliləyiş yoxdur.
Bu yaxınlarda, deyəsən, Zəngəzur dəhlizində irəliləyiş görünürdü, ona görə də hər şey müsbət elan olundu, sonra, görünür, yenə hər şey puç oldu.
Qarabağda hələ Bakının nəzarətində olmayan ərazilərin Azərbaycana necə veriləcəyi əsas problem olaraq qalır. Görünür, bu, hərbi yolla baş verəcək.
Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən üçtərəfli bəyanat imzalanandan iki il yarım keçir və nizamlanmada heç bir irəliləyiş yoxdur. İki ölkənin cəmiyyətlərində bir-birinə böyük nifrət hökm sürür, silahlı qüvvələr bir-birinə çox yaxın dayanıb. Bu şəraitdə belə atışmalar davamlı olaraq baş verəcək.
Eyni zamanda, Azərbaycanın bu cür məhdud əməliyyatlar aparmağa tam haqqı var. Erməni tərəfinin özü günahkardır- axı, üçtərəfli bəyanata görə, o, silahlı birləşmələri Qarabağdan çıxarmalı idi və Ermənistanın silahlı qüvvələri ümumiyyətlə orada olmamalıdır. Bu, Azərbaycanı güc tətbiq etməyə məcbur edir.
Vəziyyət gərgin olaraq qalır. Böyük ehtimalla güclü toqquşma olacağını düşünürəm.
Eyni zamanda, hesab edirəm ki, tədricən, Azərbaycanın Qarabağ üzərində de-fakto suverenliyinin bərqərar olması baş verəcək.

- Nəyə görə eskalasiya Ermənistan tərəfi tərəfindən təhrik olunur?

- Çünki Ermənistanda Azərbaycana qarşı nifrət əsrlər boyu formalaşıb. Onlar “məkrli plan”dan daha çox, nifrət etdikləri, Azərbaycana uduzacaqlarını hiss etdikləri üçün atırlar, amma sakitləşə bilmirlər.

- Bu günlərdə Azərbaycan XİN rəhbəri bir daha qeyd etdi ki, Ermənistan Bakı qarşısında Qarabağ ermənilərinin reinteqrasiya ediləcəyi təqdirdə onlara hansısa “xüsusi” münasibət göstərmək şərti qoyur. Görünür, “status” məsələsi yenidən nəzərdə tutulur.

- İrəvan Qarabağ ermənilərinə Azərbaycandan muxtariyyət tələb etmək üçün Qarabağın “statusu” məsələsini gizli müzakirə etmək istəyir. Sanki Rusiyanın Voronej vilayəti hansısa xüsusi status tələb edir.
Amma Azərbaycan o əraziyə muxtariyyət verməyəcək, çünki o, vaxtilə erməni əhalisinin öz muxtariyyət statusundan sui-istifadə etdiyi tarixi təcrübə ilə üzləşib və bu, həm Azərbaycan, həm də Ermənistan tərəfləri üçün uzunmüddətli və ağrılı Qarabağ münaqişəsinə gətirib çıxarıb. Azərbaycanda bir daha belə mina qoymağa heç kim razı olmayacaq.

- Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların üçtərəfli raundu nə ilə yekunlaşacaq?

- Heç nə ilə. Amerikalıların bu məsələni necə həll edəcəyi ilə bağlı yalnız bir şərti variant var: Qarabağı Azərbaycana satmaq. Vaşinqton İrəvana böyük pul müqabilində Qarabağı Bakıya qaytarmağı təklif edə bilər. Amma o zaman Vaşinqton Bakıdan da öz əlavə şərtlərini tələb edəcək...

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər