PDF Oxu

Siyasət

  • 1 474

Yasamal rayonunda Qurban bayramı münasibəti ilə aksiya keçirilib ŞƏRH

Yasamal rayonunda Qurban bayramı münasibəti ilə aksiya keçirilib ŞƏRH

YAP Yasamal rayon təşkilatı və 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyevin birgə təşkilatçılığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyası həyata keçirilib. Qeyd edək ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələr ziyarət edilib. Qurban bayramı münasibəti ilə həmin ailələrə bayram sovqatları paylanılıb. Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Ümumilikdə 450 aztəminatlı ailəyə bayram sovqatları paylanıb.

Qurban bayramınız mübarək olsun!

Digər xəbərlər