PDF Oxu

Siyasət

  • 1 698

Tarix yazan Azərbaycan Ordusu ŞƏRH

Tarix yazan Azərbaycan Ordusu ŞƏRH

Bildiyimiz kimi, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sıralarında yer alır. Azərbaycan Ordusunun bu səviyyəyə çatmasında əlbəttə ki, nizami ordunun əsasını qoymuş ulu öndər Heydər Əliyevin və bu siyasi kürsü dövrümüzün tələblərinə uyğun olaraq uğurla davam etdirən prezident cənab İlham Əliyevin əvəzsiz xidmətləri var.

Xalqımızın ümummili lideri Heydər Əliyevin səyləri, qətiyyəti nəticəsində Sovetlər dönəmində Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmışdı. Məhz bu liseyin məzunlarından istifadə edərək ulu öndər nizami ordu yaratmışdır.

Hər birimizə məlum olduğu kimi, müstəqilliyin əvvələrində ölkəmizə rəhbərlik edənlər bu istiqamətdə də üzərlərinə düşən işin öhdəsindən gələ bilmədilər. Məhz o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı, səriştəsizliyi və xəyanəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, ölkə vətəndaş qarşıdurması ilə üz-üzə qaldı, Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi yarandı. Belə çətin, ağır bir zamanda xalqın istəyi, arzusu, təkidlı tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə nizami ordu quruculuğu prosesini reallaşdırmaq və eyni zamanda ölkədə sabitliyə nail olmaq üçün 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı və bununla da bu proses daha da sürətləndi.

Bütün sahələrdə Ulu öndər siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu.

Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlıq etdiyi ordu 44 günlük Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şanlı Zəfərə imza atdı və gücünü, qüdrətini düşmənə, eləcə də onların havadarlarına nümayiş etdirdi.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı Rəşadətli Azərbaycan ordusunun, qazandığı şanlı Qələbə Azərbaycan şanlı tarixinə qızıl hərflərlə yazıldı.Vətən müharibəsində Azərbaycan ordusunun 2900 dən çox hərbi qulluqçusunun doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmaları isə milli qürurumuzun əbədi olaraq qürur və iftixar yerinə çevrildi. Bu şanlı qələbəni xalqımız yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən ölkə rəhbəri döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı onlarla sərəncam imzaladı. Prezident İlham Əliyevin müharibənin başa çatmasından qısa müddət sonra-dekabrın 9-dan 30-dək imzaladığı sərəncamlarla ümumilikdə 82 min 670 nəfər təltif olundu. Qalib ordunun hərbiçilərininqəhramanlıqlarının əbədiləşdirilməsi məqsədilə müxtəlif orden və medallar təsis olundu. Bütün bular Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımızın hərbi qulluqçularımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidr.

Vətən müharibəsində Zəfər qazanaraq tarix yazan vətən oğulları Müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında hər birimizə qürurverici anlar yaşatdılar.

Əminliklə və qürur hissi ilə deyə bilərik ki, qarşıdakı illərdə Müzəffər Sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli Azərbaycan Ordusunun xalqımıza daha böyük Zəfərlər yaşadacaq.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər