PDF Oxu

Siyasət

  • 1 949

“Fransada vətəndaş qarşıdurması etnik və dini zəmində baş verəcək” MÜNASİBƏT

“Fransada vətəndaş qarşıdurması etnik və dini zəmində baş verəcək” MÜNASİBƏT

“Hazırda Fransada yaşanan hadisələrin əsas səbəbi prezident Emmanuel Makronun ölkənin iri biznez şirkətlərinin sifarişi və dəstəyi ilə həyata keçirdiyi miqrasiya siyasəti və əlbəttə, cəmiyyət tərəfindən xüsusi narazılıqla qarşılanan pensiya islahatlarıdır”. Bu fikirləri "Səs" qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Makron Fransa iqtisadiyyatında rəqabət qabiliyyətliyi artırmaq məqsədilə iri biznesin dəstəyi ilə yuxarıdan inqilabın həyata keçirilməsinə çalışır: “Onun pensiya islahatları sosial layihələrə ayrılan vəsaitlərin həcminin azaldılmasına gətirib çıxarır. Bunu isə Makron bilərəkdən edir ki, aşağı pensiya təminatlarının müqabilində fransızları daha çox işlətməyə məcbur etsin. Bu isə biznesdə əməyin istismarının gücləndirilməsinə şərait yaradir. Fransa zəhmətkeşləri, həmkarlar təşkilatları, solçu siyasi partiyalar tərəfindən olan sosial təzyiqi azaltmaq üçün isə Makron bilərəkdən miqrasiya siyasətini sosial gerçıkliklərdən çıxış edərək yox, iri biznesin maraqları ampluasında həyata keçirir. Halbuki, miqrant işçi quvvəsi çox ucuzdur. Bu isə pensiya yaşının yuxarı qaldırılmasını tələb edən fransızları düşünməyə məcbur edir. Çünki istehsalın aşağı düşmə ehtimalını Makron miqrantların hesabına alır. Nəticədə, fransızlar vəziyyətlə barışmalı və daha çox zəhmətə qatılmaq məcburiyyətində qalirlar. Miqrantların fərqli dünya və baxışları, onların mental dəyərləri, Fransa cəmiyyətindəki tolerantlıqdan sui-istifadə edərək özbaşınalıqları müəyyən problemlərə səbəb olur. Onların polis işçilərinin qanunlara əməl olunması ilə bağlı çağırışlarına əhəmiyyət verməmələri isə bir çox hallarda toqquşmalara gətirib çıxarır. Bütün bunlar Makronun yuxarıdan keçirilən islahatlarının nəticəsi olaraq Fransada sosial dövlət və siyasi demokratiya kimi amilləri ciddi sınaq qarşısında qoyur. Üstəlik, perspektivdə millətçilik, antimiqrasiya meyillərinin güclənməsi Makronun əsas rəqibi Milli Cəbhənin lideri xanim Li Penin xeyrinə işləyir. Ümumiyyətlə, Makronun dövlət başçısı kimi siyasəti təzadlıdır. Fransanın Azərbaycanda yüzlərlə şirkəti işləyib öz dövlətlərinin büdcəsinə milyaŕdlarla vəsait ötürdükləri halda, Makron Ermənistanla münasibətlərə "bacı dövlət" ampluasından yanaşır. Azərbaycanın maraqları nəzərə alınmır. Nəticədə Azərbaycan prezidenti onun vasitəçiliyi ilə aparılan danışıqlardan imtina edir. Nəhayət, Ukraynanın silahlanmasına ayırdığı vəsaitləri öz ölkəsində sosial fondlara və əhalinin sosial ehtiyaclarının ödənilməsinə yönəltsə idi vəziyyət başqa cür olardı. Yəni, Makron bununla seçicilərin etimadını doğrultmuş olardı. Halbuki, indi Avropada demokratiyanın beşiyi sayılan Fransa vətəndaş qarşıdurması etnik və dini zəmində baş verəcək münaqişələr həddinə gətirilib çıxarılıb”.

GÜLYANƏ

Digər xəbərlər