Ukraynanın aparıcı KİV-ləri Azərbaycan dövlətinin İrpen şəhərində yerləşən və görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə verdiyi daha bir töhfəyə dair məqalələr dərc edib. “UNİAN”, “Obozrevatel”, “Telegraf” və digər xəbər portallarında dərc olunan məqalələrdə qeyd olunur ki, istilik probleminin həlli məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin binasının xarici istilik izolyasiyası işlərinə başlayıb.
Məqalələrdə məktəbin direktoru Valentina Antonenkonun orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürü də qeyd olunub. Vurğulanıb ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən orta məktəbin təmirini üzərinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.
Mətləb
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...