PDF Oxu

Siyasət

  • 3 058

“Yeni eranın gündəliyini Azərbaycan müəyyənləşdirir” MÜNASİBƏT

“Yeni eranın gündəliyini Azərbaycan müəyyənləşdirir” MÜNASİBƏT

“Separatçı Araik Arutunyan Putinə məktub yazaraq ondan kömək istəməsi Qarabağda yaşayan separatçıların ağalıq dövrünün sonunun yaxınlaşdığının göstəricisidir”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Araik elə bilir ki, Putinə məktub yazmaqla öz çirkin niyyətlərini davam etdirə biləcəklər: “Amma anlamaq istəmirlər ki, onların erası başa çatıb və vəziyyətdən yeganə çıxış yolu Azərbaycana inteqrasiya olunmaqdır. Yeni eranın gündəliyini Azərbaycan müəyyənləşdirir. Qarabağda ermənilərin yaşadığı torpaqlar Azərbaycanın suverən əraziləri olduğunu bütün dünya təstiq etmişdir. O cümlədən Rusiya da separatçıların məskunlaşdığı ərazilər Azərbaycana məxsus olduğunu dəfələrlə bəyan etmişdir. Sülhməramlılar bu ərazilərdə yerləşdiriləndə inteqrasiya proseslərin və birgəyaşayış təmin edilməsi məqsədi daşıyırdı. Amma ermənilər sülhməramlıların Qarabağda olmasından sui-istifadə edərək Azərbaycana inteqrasiya olunmaq əvəzinə öz çirkin niyyətlərinə davam etdirdilər. Bu gün artıq yeni reallıq mövcuddur. Bu yeni reallıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi Azərbaycan dövlətin daxilində təmin olması ilə bağlıdır. Separatçıların törətdikləri təxribatlar Azərbaycanın separatçıların olduğu yerdə dövlət quruluşunu bərpa edilməsi prosesini bir az da sürətləndirir. Sülhməramlıların Qarabağda mövcudluğu 2025-ci ildə başa çatacaqdır. Ondan sonra Azərbaycan əsgəri Xankəndidə yaşayan erməni əsilli vətandaşlarımızın təhlükəsizliyinin qarantı olacaq. Separatçılar ora-bura yalvarmaq əvəzinə bu reallığı nə qədər tez qəbul edərək bayrağımız altına keçsələr, onların özləri üçün bir o qədər yaxşıdır”.

GÜLYANƏ

Digər xəbərlər