Ermənilər tərəqqipərvər xalqlara, mədəni, sivil millətlərə qarşı vəhşi və qanlı qətliamlar törədiblər
Bütün dövrlərdə ermənilər tərəqqipərvər xalqlara, mədəni, sivil millətlərə qarşı vəhşi və qanlı qətliamlar törədiblər. Xüsusilə də, azərbaycanlıları hədəf seçən erməni-daşnak dəstələri iki əsr ərzində yüzlərlə yaşayış məskənini dağıdıb, iki milyona yaxın insanı qətlə yetiriblər. Ermənilərin qəsbkar siyasəti iyirminci əsrin sonlarında daha amansız xarakter daşımışdır. Nəticədə, Azərbaycanın yüzlərlə yaşayış məskəni yer üzündən silinmiş, tarixi abidələri, yaşı min illər olan memarlıq nümunələrini məhv etmiş, 50 minə yaxın insanın həyatına son qoymuşlar. Erməni terrorçu dəstələri Moskvadakı ağalarının hərbi-siyasi dəstəyinə arxalanaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı, o cümlədən Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Laçını və Kəlbəcəri işğal edib xarabalıqlara çevirdilər. Ümumilikdə Azərbaycanın 12 rayonunun 17 min kvadrat kilometr ərazisində olan 700 yaşayış məntəqəsi işğala məruz qalmışdır. Erməni təcavüzü nəticəsində 35 minə qədər azərbaycanlı həlak olmuş, 4 minə qədər insan girov götürülmüşdür ki, onların əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edir. Yeri gəlmişkən, 1918-ci il Batum müqaviləsinə görə cəmisi 9 min kvadrat kilometr ərazisi olan Ermənistan ötən dövrdə 40 min kvadrat ərazisi kilometr tarixi Azərbaycan torpaqlarını qəsb etmişdir. Ancaq müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etdi. Artıq Qarabağ münaqişəsi yoxdur, bütöv, qüdrətli Azərbaycan sərhədləri daxilində Şuşa, Xankəndi, Kəbəcər, Laçın və digər azad nəfəs alan ərazilərimiz var. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 10-da xalqa müraciətində demişdir: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Paşinyanın müharibə dövründə ona-buna yalvarması onlara kömək etmədi
44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək az itkilərlə torpaqlarımızın yağı düşməndən azad edilməsinə nail oldu. Müharibəyə qədər özlərini “qəhrəman”, “cəsur” toplum kimi apamağa çalışan ermənilər, əslində, rəzil və qorxaq millət olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Ölkənin Baş naziri N.Paşinyan bütün beynəlxalq təşkilat rəhbərlərinə, aparıcı ölkələrin hökumət və dövlət başçılarına müharibənin dayandırılması üçün yalvarmışdır. Vəziyyət o dərəcə də biabırçı hal almışdır ki, Paşinyanın ağlaya-ağlaya dünya liderlərinə acizanə xahişlər etməsinə tanınmış blogerlər, söz, sənət aparıcıları məsxərəyə qoyub şeirlər qoşmuş, komik videolar paylaşmışlar. Nəhayət, “Ermənistan təslim olur, Azərbaycan qalibdir” mesajları ortaya çıxdıqdan sonra müharibə dayandı. 2020-ci il noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə demişdir: “Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.
Azərbaycanın parlaq qələbəsi hərb tarixinə qızıl həriflərlə yazılır
Mövcud faktlar ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsinə qədər erməni terrorçu dəstələri Azərbaycan ordusunun gücünü, qüdrətini görmüşdür. Yalnız 2016-cı ilin Aprel döyüşlərində düşmənin onlarla terrorçu qüvvəsi məhv edilmiş, çoxsaylı hərbi texnikası sıradan çıxarılmış və geniş ərazi işğaldan azad edilmişdir. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Müzəffər Azərbaycan ordusu tərəfindən azad edilmişdir. Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
İşğaldan azad edildikdən dərhal sonra kənd camaatı doğma torpaqlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət edib, müqəddəs “Qurani-Kərim” oxunub. Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi ilə ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Artıq kənddə gedən yararsız 50 kilometr yol yenidən qurulub, Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.“2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik”- deyən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir.
Müharibədən sonra da erməni təxribatlarının qarşısı qətiyyətlə alınıb
Azərbaycan Ermənistanı hərb və diplomatik cəbhədə diz çökdürsə də, onlara xaricdən dəstək verənlər susmaq bilmirlər. Hər vəchlə erməni tör-töküntüləri vasitəsi ilə Ermənistan-Azərbaycan şərti sərhəd böyu təxribatlar təşkil etməklə gərginlik yaratmağa çalışır. Lakin görünən ondan ibarətdir ki, hər bir törədilən təxribat Ermənistanın ağır və acı məğlubiyyətilə başa çatır. 12-13 sentyabr tarixində baş verən təxribat zamanı Ermənistanın 500-ə qədər canlı qüvvəsi məhv edilmiş yüzlərlə əsgəri yaralanmış, 20-yə qədər ağır texnikası sıradan çıxarılmışdır. Nəticə də Azərbaycan ordusu Qaragöl istiqamətində sərhədboyu ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirmişdir. 2021-ci il avqustun 3-də erməni terror dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüldü. Ümumilikdə Vətən müharibəsindən sonra erməni hərbi xuntası tərəfindən 12 dəfə təxribatlar törədilib və hər dəfə ermənilər acınacaqlı məğlubiyyətə düçar olublar. Rusiya sülhməramlıların arxasında gizlənib, Azərbaycan ordusuna qarşı təxribatlar həyata keçirən separatçılara da aradabir Azərbaycan Ordusunun sərt şilləsinin dadını görürlər. İyulun 28-də Xankəndidəki erməni separatçıları təxribat törətməyə cəhd etdikləri zaman meydanda 5 erməni leşi qoyub, qaçmağa məcbur olmuşlar. Təbii ki, bundan sonra da təxribatlara cəhd edəcəklərsə, analoji Dəmir yumruğun zərbəsini görmüş olacaqlar. Ancaq müşahidlərə və aparılan araşdırmalara əsaslanaraq demək olar ki, artıq erməni separatizmi sona çatmaqdadır.
Xankəndidəki separatçılar İrəvana qaçmağa hazırlaşırlar
Xankəndidəki separatçılar Azərbaycan Ordusu tərəfində sərt şəkildə cəzalanacaqlarından qorxduqları üçün İrəvana qaçmağa hazırlaşırlar. Hələlik isə, Rusiyadan sonuncu xəbər gözləyirlər. Bu məqsədlə də terrorçu A.Artunyan Paşinyan vasitəsi ilə Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Ekspertlər terrorçu Arayikin məktubuna Putinin cavab verməyəcəyini, ümumiyyətlə məktuba nəzərə yetirməyəcəyini söyləyirlər.
“Separatçı Araik Arutunyan Putinə məktub yazaraq ondan kömək istəməsi Qarabağda yaşayan separatçıların ağalıq dövrünün sonunun yaxınlaşdığının göstəricisidir”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, Araik elə bilir ki, Putinə məktub yazmaqla öz çirkin niyyətlərini davam etdirə biləcəklər: “Amma anlamaq istəmirlər ki, onların erası başa çatıb və vəziyyətdən yeganə çıxış yolu Azərbaycana inteqrasiya olunmaqdır. Yeni eranın gündəliyini Azərbaycan müəyyənləşdirir. Qarabağda ermənilərin yaşadığı torpaqlar Azərbaycanın suverən əraziləri olduğunu bütün dünya təstiq etmişdir. O cümlədən Rusiya da separatçıların məskunlaşdığı ərazilər Azərbaycana məxsus olduğunu dəfələrlə bəyan etmişdir. Sülhməramlılar bu ərazilərdə yerləşdiriləndə inteqrasiya proseslərin və birgəyaşayış təmin edilməsi məqsədi daşıyırdı. Amma ermənilər sülhməramlıların Qarabağda olmasından sui-istifadə edərək Azərbaycana inteqrasiya olunmaq əvəzinə öz çirkin niyyətlərinə davam etdirdilər. Bu gün artıq yeni reallıq mövcuddur. Bu yeni reallıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi Azərbaycan dövlətin daxilində təmin olması ilə bağlıdır. Separatçıların törətdikləri təxribatlar Azərbaycanın separatçıların olduğu yerdə dövlət quruluşunu bərpa edilməsi prosesini bir az da sürətləndirir. Sülhməramlıların Qarabağda mövcudluğu 2025-ci ildə başa çatacaqdır. Ondan sonra Azərbaycan əsgəri Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinin qarantı olacaq. Separatçılar ona-buna yalvarmaq əvəzinə bu reallığı nə qədər tez qəbul edərək bayrağımız altına keçsələr, onların özləri üçün bir o qədər yaxşıdır”.
“Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən Prezident İlham Əliyev çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.
Təbii ki, Ermənistanın və Xankəndidəki separtçıların vaxtı daralır. Əgər prosesi uzatmağa yeni cəhdlər göstərəcəklərsə, bu, onların sonunun gətirilməsi ilə nəticələncək. Çünki qalib Azərbaycanın gözləmə mövqeyi yoxdur, ya Ermənistan sülh müqaviləsini imzalayacaq və sənədlərlə Qarabağın Azərbaycanın ərazisi olduğunu qeyd edəcək, ya da günün birində Azərbaycan ordusu Xankəndinə daxil olaraq separatçıların təmizlənməsi əməliyyatına başlayacaq.
İ.ƏLİYEV