İkinci Dünya müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Azərbaycan Sovet dövründə IV Ordu tərəfindən komandanlıq edilən Zaqafqaziya hərbi dairəsinin bir hissəsi idi. IV Ordu 3 motorlu tüfəng diviziyasından: Gəncədəki 23-cü Qvardiya Motorlu Tüfəng Diviziyası, Lənkərandakı 60-cı Motorlu Tüfəng Diviziyası və Bakıdakı 295-ci Motorlu Tüfəng Diviziyası, raket, hava hücumundan müdafiə briqadalarından, topçu və rok alaylarından ibarətdir. Ölkəmiz eləcə də, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Raketlər və Artilleriya Baş Agentliyinin 49-cu arsenalına ev sahibliyi etdi. Bu arsenalda 7000 qatar-vaqon yük sursatı var idi. Həmçinin, VII Qvardiya Ordusunun bir hissəsi olan 75-ci Motorlu Tüfəng Diviziyası Naxçıvan Muxtar Respublikasında idi. 1992-ci ilin yayında Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan prezidentinin Azərbaycan ərazisindəki bölmələrin və birləşmələrin özəlləşdirilməsinə dair qərarından sonra, 1992-ci ilin sonuna qədər Azərbaycan hökuməti təyin olunmuş ordu birləşmələri ilə təxminən üç motoatıcı bölməsi üçün kifayət qədər silah və hərbi texnika aldı. 75-ci Diviziyanın anbar və avadanlıqları Naxçıvan hökumətinə təhvil verildi.
Azərbaycan son on beş il silahlı qüvvələrini Qarabağdakı erməni qüvvələrinə qarşı mümkün əməliyyatlara hazırlayır. Fasilələrlə döyüşlər oldu və ən sonda İkinci Qarabağ müharibəsi başladı. Vətən müharibəsindən sonra Müdafiə Nazirliyinin Komando Hərbi Qüvvələri yarandı. 2 iyul 2022-ci tarixində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Keçirilən müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Dövlət başçısının müvafiq sərəncamı ilə ali hərbi rütbələrlə təltif olunmuş hərbi qulluqçuları bir daha təbrik edən müdafiə naziri onların göstərilən etimadı doğruldacaqlarına inandığını bildirib. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.
Cari ilin 23 iyun tarixində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı artıq bir neçə hərbi hissənin fəaliyyət göstərdiyini və yeni hərbi hissələrin açılışı nəzərdə tutulduğunu, öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırdığımızı və artıracağımızı bildirmişdir. Dövlət başçısının göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir. İkinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. 44 günlük müharibədə Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Müharibədən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Muasir dövrdə bütün dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Məhz buna görə Müzəffər Azərbaycan Ordusunun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır və buna nail olmaq üçün kompleks tədbirlər görülür.İkinci Qarabağ müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının, həm böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin Azərbaycana gətirilməsi, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Qeyd edək ki, hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bütün dünyada bu gün ordumuz müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş bir ordudur. Rəşadətli Azərbaycan Ordusu daha da güclüdür və bu gün Azərbaycan Silahlı Qüvvələri vahid proqram əsasında inkişaf edir. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Lakin Rəşadətli Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi və Vətən müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini