PDF Oxu

Siyasət

  • 3 382

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır ŞƏRH

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır ŞƏRH

Vətən müharibəsindən sonra ölkəmizin Cənubi Qafqazda nüfuzu günü-gündən artmaqdadır. Bölgə və eləcə də dünyanın digər dövlətləri Azərbaycan Respublikası ilə hesablaşmalı olurlar. Belə ki, ordu quruculuğu sahəsində mühüm addımlar atılır, komandoların sayı gündən-günə artırılır, işğaldan azad edilmiş rayonlarımızda yeni hərbi hissələr yaradılır. Ölkəmizin silah sənayesi günü-gündən inkişaf edir. Müttəfiq və dost ölkələrdən müasir standartlara cavab verən silah və texnika alınır. Heç şübhəsizdir ki, İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Xüsusilə, Şuşanın azad edilməsi dünya hərb tarixində yenilik hesab edilir. Ermənistanda revanşist qüvvələr yenidən hakimiyyətə gelməyə çalışırlar, onların məqsədi yenə də dövlət sərhədlərimizi pozmaqdir. Cənubi Qafqazda o cümlədən ölkəmizdə olan sabitliyi pozmağa can atırlar. Tarixən 3 böyük imperiya ilə həmsərhəd olan ölkəmiz, indi də həmin imperiyaların yerində olan böyük dövlətlərin əhatəsindədir. Bölgədə söz sahibi olmaq üçün ölkəmiz hər 3 qonşu ilə normal münasibətlər qurur. Belə ki, qonşularımızdan Türkiyə ilə münasibətlər özünün ən yüksək səviyyəsindədir.Türkiyə ilə ölkəmiz arasında Şuşa bəyannaməsinin imzalanması iki qardaş ölkənin xarici siyasətdə bir-biri ilə uzlaşdıqlarının bariz nümunəsidir. Hərbi gücümüzü artırmaq məqsədilə Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb. Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaqdır, öz sözunu açıq deyir və müstəqil siyasət aparır. Avrasiya geosiyası arealında öz sözü və mövqeyi olan ölkə kimi beynəlxalq nüfuzunu, siyasi çəkisini daim artıran Azərbaycan bu gün bölgənin ən fəal aktoru statusuna sahiblənib. Tarixi reallıqlar sübut edir ki, ötən il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib. Bunun şərtləndirən yeganə amil isə Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. Ümumiyyətlə, demokratik tərrəqi yolunu seçən Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir.

Həsənova Gülnarə,

YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının fəal üzvü

Digər xəbərlər