“Aran İqtisadi rayonlarında kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsində özünüməşğulluq proqramına dəstək və maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlanılıb. Bunu “Muğan Düzü” Sosial inkişaf İctimai Birliyin sədri Vidadi Quliyev bildirib. “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aran İqtisadi rayonlarında kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsində özünüməşğulluq proqramına dəstək və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin 01.07.2023- cü il tarixdən icrasına başlayıb. Layihə 4-ay ərzində Saatlı, İmişli, Beyləqan rayonlarını əhatə edəcək. “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Layihənin əsas məqsədi Aran iqtisadi rayonlarında əhalinin sosial problemlərinin xususi ilə maddi vəziyyəti aşağı olan məşğulluğu olmayan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar istehsal və xidmət üzrə işaxtaranlar ələbaxımlıqdan azad olması, o cümlədən imtiyazlı şəxslər özünüməşğulluq proqramından yararlanmaları təsəbbüslərinin dəstəklənməsinə dair yeni layihəyə start verildi. Layihə çərçivəsində görüləcək işlər Aran iqtisadi rayolarında Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı şəraitində tədbirdən əvvəl ictimai birliy əməkdaşları tərəfindən maddi vəziyyəti aşağı olan məşğulluğu olmayan kənd təsərrüfatına yararlı torpağ payı olanlar, istehsal və xidmət üzrə işaxtaranlar müəyyən edilməsi ilə bağlı sorğu keçirəcək. Sorğu əsasında rayon Dövlət Məşğulluq Agentliyin rayon filiallarındaözünüməşğulluq proqramına cv-lər əsasında qeydiyyata alınacaq. Seminarın, tədbirlərin təşkili maddi vəziyyəti aşağı olan seçilən işaxtaranları əhatə edəcək. Seçilən qeydiyyata alınan namizədlər rayon Dövlət Məşğulluq Agentliyin rayon xidməti işçiləri ilə əməkdaşlıq etməklə özünüməşğulluq proqramına cəlb ediləcək. Təlim kurslarında iştirak etməklə qiymətləndirmə əsasında mal materiallarla təmin olunmaqla öz kiçik biznes subyektlərini inkişaf etdirilməsinə nail olacaqlar. Tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, hüquqi bazası, biznes planlarının hazırlanması qaydaları,aktivlərlə təmin edilməsi haqqında kiçik biznes subyektlərinin inkişaf etdirilmə meyarları,dövriyyəsi, yeni iş yerlərinin yaradılması, əyani vəsaitlərin, broşurların paylanmasl və.s layihə rəhbəri, layihə eksperti tövsiyələr verilərək seminarlar, tədbirlər keçirləcək.
Layihə çərçivəsində təşkilat rayon icra hakimiyyətinin əməkdaşları və Dövlət Məşğulluq Agentliyinin rayon filiallarının nümayəndələri ilə əməkdaşlıq edərək layihənin uğurla başa çatmasına nail olavcaq.
.