PDF Oxu

Siyasət

  • 1 400

Ordumuz hər bir tapşırığı yerinə yetirməyə qadirdir ŞƏRH

Ordumuz hər bir tapşırığı yerinə yetirməyə qadirdir ŞƏRH

İyunun 23-də ölkə Prezidenti, Ali baş Komandan cənab İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, eyni zamanda hərbi hissəyə Döyüş bayrağı təqdim edib. Dövlət Başçısı Komando hərbi hissəsində şəxsi heyətin atış vərdişlərini təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş qapalı şəhərciklə, hərbçilərin fiziki hazırlıq səviyyəsini yüksəltmək üçün zəruri trenajor və idman avadanlıqları ilə təchiz olunmuş idman zalı ilə, açıq havada müxtəlif idman növləri ilə məşğul olmaq üçün düzəldilmiş idman meydançaları, əsgər yataxxanaları, şəxsi heyətin mənəvi-psixaloji hazırlığı üçün ideoloji və digər inzibati otaqlarla tanış oldu. Cənab Prezident açılış mərasimində çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik etdi. Çıxışında cənab Prezident vurğuladı ki, “Bu bayram günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsi açılır. Bu çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır. Və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.İkinci Qarabağ Müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişlər. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir.” İndi Azərbaycan Ordusu hər bir döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bu günkü güclü, müasir silahlara malik, yüksək hazırlıqlı peşəkar Azərbaycan ordusu hazırki duruma birdən-birə nail olmamışdır. Hamıya məlum olduğu kimi ötən əsrin 90-cı illərində ölkəmizdə ağır içtimai-siyasi vəziyyət hökm sürürdü. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə xaos, anarxiya baş alıb gedirdi. Ordu yox dərəcəsində idi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal etməyə nail oldu.Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra birinci növbədə ordunun texniki cəhətdən inkişafı ilə yanaşı şəxsi heyətin vətənpərvərlik hissini və döyüş ruhunu yüksəltmək üçün ordu sıralarında ideoloji işin aparılmasına mühüm önəm verərək deyirdi: “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.”

İndi Azərbaycan Xalqı fəxr edir ki, qarşıya qoyulan bütün hərbi vəzifələri icra etməyə qadir olan Ordusu var. Azərbaycan Ordusu işğal altından azad olunmuş torpaqlarımızda hal-hazırda müdafiə xidmətini yerinə yetirir. İnanırıq ki, qələbə əzmi ilə xidmət edən ordumuzun şəxsi heyəti xalqımıza qalibiyyət hissini yaşatdıqları üçün özləri də çox sevinclidirlər. Bu gün bütün Azərbaycan xalqı, Qəhrəman Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün hazırdır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər