PDF Oxu

Siyasət

  • 1 708

"Separatçılar Xankəndidən qaçmağa hazırlaşır" MÜNASİBƏT

"Separatçılar Xankəndidən qaçmağa hazırlaşır" MÜNASİBƏT

“Separatçıların Rusiya Prezidentinə müraciət etmələrində, hesab edirəm ki, təəccüblü bir şey yoxdu. Hələ Çar Rusiyası yarandığı ilkin dövrlərdə, Birinci Pyotrun zamanında erməni keşişləri çar sarayını su yolu eləmiş, bütün problemlərinin həlli üçün çardan yardım istəyirdilər”. Bunu "Səs" qəzetinə açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, sovet dövründə Moskva imperialist siyasətini davam etdirmiş və ermənilərdən öz maraqları naminə istifadə etmişlər: “Rusiyanın bu marağından hiyləgərcəsinə yararlanan erməni-hay başbilənləri, məhz bunun nəticəsində qədim türk-Azərbaycan torpaqlarında özlərinə dövlət qurmağa nail oldular. Bu gün hər yerdən, o cümlədən Ermənistan dövlətindən də ümidləri kəsilən separatçı hayların son ümid yeri yenə Rusiyadır, Moskvadır. Əslində, bu müraciət Azərbaycandan daha çox indiki Ermənistan hakimiyyətinə meydan oxumaqdır. Dalana qısılan kaputilyator Ermənistanın Qarabağda yaşayan erməniləri müdafiə etməsi, de-fakto mümkün deyil. Dünyadakı ikili standartlarla onlara indiyə kimi dəstək verənlər də bunu edə bilmirlər. Birincisi, Ermənistan əgər öz tör-töküntülərinə dəstək vermirsə, heç yerdə tanınmayan bir terror qruplaşmasına dəstək vermək həmin ölkənin də beynəlxalq nüfuzuna ciddi xələl gətirə bilər. İkincisi, bura Azərbaycan ərazisidir və beynəlxalq hüquqi aktlar onlara kənardan dəstək verilməsini Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirməyə imkan verir ki, bu da indiki dünyada ən çox qəbul edilməyən addım hesab edilir. Belə olan təqdirdə hələ də Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən separatçıların son ümid yeri yenə Rusiyadır. Təbii ki, Rusiya Qafqazdakı maraqlarını təmin etmək, bu regionda nəzarətini qoruyub saxlamaq üçün separatçıların bu müraciətindən istifadə edə bilərdi və etmək istəyərdi. Lakin bu imperialist təfəkkürlü nüvə dövlətinin indiki durumunda buna risq edəcəyinə, şəxsən inanmıram. Belorusiya ilə birgə Şimal Buzlu Okeanından Qafqaza qədər dünyaya açılan bütün yolları bağlanan Rusiya üçün Azərbaycan və Türkiyə, de-fakto nəfəs borusu rolunu oynayır. İnanmaq çətindi ki, indiki vəziyyətdə Rusiya Azərbaycanın və Türkiyənin maraqlarına qarşı erməni separatçılarının arzularını həyata keçirmək barədə düşünsün. Əslində bu müraciəti göndərən Araik Arutyunyan da bunu bilməmiş deyil. Sadəcə, ətrafındakı separatçılara, dünya erməni diasporasına "mən bütün vasitələrə əl atıram" mesajını vermək üçün bu cür üsullara əl atır. Bir sözlə, əslində bu müraciətlə Araik də, onun separatçı ətrafı da tutmaq üçün divarları qalmadığını bir daha göstəmiş oldu. Ermənilər gözəl bilirlər ki, Azərbaycan tərəfin planlı, təmkinli, müdrik addımlarının sonu onların ya vətəndaşlığı qəbul etməklə dinc yaşamalarına, ya da Azərbaycan ərazisini tərk etmələrinə gətirib çıxaracaq. Son çırpıntılarının bir nəticə verməyəcəyini gözəl bilirlər. İnanıram ki, yaxın aylarda bunu görəcəyik”.

GÜLYANƏ

Digər xəbərlər