PDF Oxu

Siyasət

  • 1 582

Fransadakı "demokratik" ab-hava TƏHLİL

Fransadakı "demokratik" ab-hava TƏHLİL

Prezident İlham Əliyev: "Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir"

Fransanın sərgilədiyi "dəyərlər", əslində, onun demokratik ab-havanı boğmasından xəbər verir. Bu gün müasir, sivil dünyada yaşadığımız zamanda, xüsusilə də, özünü dünya xalqları arasında demokratik ruhlu dövlət kimi təqdim edən Fransa təəssüflə qeyd etməliyik ki, diktəsində insanların hüquqlarını pozulmasına hökm verməkdə davam edir. Müstəmləkə altında olan xalqlara öz dillərinin istifadəsini qadağan edib. Keçirilən təhsil proqramlarının dilinin yalnız fransız dilində olması əlbəttə ki, mövcud vəziyyəti təhlil edən amillərdəndir. Bir xalqı məhv etmək üçün onun dilinin əlindən alınması bşdıca şərtdir. Dil həm də dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir və hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur və dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili. Dilin yoxa çıxması bütöv bir biliklər sisteminin qeybə çəkilməsi kimi xarakterizə olunur. İstənilən bir xalqın dilinin məhvi, sıradan çıxarılması xalqların çoxəsrlik yaddaşının yoxa çıxması deməkdir. Bildiyimiz kimi, Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərinin qəzəbinə səbəb olmuşdur. Burada müstəmləkə altında olan xalqlara ayrı-seçkilik siyasəti tətbiq edilir. Fransanın sərgilədiyi tarixi müstəmləkiçilik, insanların qətlə yetirilməsi bir daha deməyə əsas verir ki, bu dövlətin artıq demokratiya haqqında danışmağa haqqı yoxdur. Fransa hakimiyyətinin insanların dilinə olan münasibətinin qəzəblə qarşılanması onların ucaldılan haqq səsidir. Korsikada baş verən hadisələr diqqətdən kənarda qalmır. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlər görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır: "Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır".
Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır. Korsikalıların azadlıq mübarizəsini qan içində boğmaba cəhd edən Fransa 1768-ci ildə buranı işğal etmiş və bu regionda törətdiyi qətl və vəhşilik aksiyalarının sayı artıq bəlli deyil.
Korsika dilinin fransız dili ilə eyni şəkildə tanınması hazırkı tələblərin əsasını təşkil edir. Təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Fransa beynəlxalq arenada xalqların azadlıq və ədalətlə bağlı arzularına sədd çəkərək bəşəri cinayətlərin müəllifinə çevrilib. Bu illər ərizində Korsikada törətdiyi bəşəri cinayətlərə görə cəzasız qalması Fransanın bu əməllərini davam etməsinə "imkanlar açıb"dır. Müasir dünyanın gözü qarşısında Korsikanın informasiya blokadasına alınması, antiterror əməliyyatlar adı altında adanın azadlıq mübarizəsinə qarşı Fransa hökumətinin addımları onun repressiya siyasətinin "uğurla" gerçəkləşməsinə səbəb olan amillərdir.
Bu gün "azadlıqdan" dəm vuranlar əməlləri ilə üz-üzədirlər. "Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Bu baxımdan, biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı "hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə" çağıran bəyanatını dəstəkləyirik" - deyə Prezident bildirib. Hazırda Fransada olan qarşıdurmalar Emmanuel Makronun siyasəti nəticəsində yaranıb. Azad şəkildə sözünü demək istəyən insanlara güc tətbiq edilir və onlar susdurulur. Dövlətə edilən müraciətlər gərginliklə qəbul olunur. Gənclərin öldürülməsi, polis zorakılığı, haqsız yerə həbsləri dünya ictimaiyyətinin diqqətinədir. Fransanın insanlara yenidən azadlıq vermək üçün bütün çikin əməllərini kənara qoymalıdır. "Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək", deyən Azərbaycan Prezidenti onu da qeyd edib ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər