PDF Oxu

Siyasət

  • 2 154

Tarixi yaradan və yaşadan LİDER TƏHLİL

Tarixi yaradan və yaşadan LİDER TƏHLİL

Bugünkü dünya miqyasında tanınan və qəbul edilən güclü Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Aylar illəri əvəz etdikcə Azərbaycan daha da inkişaf edəcək və Dahi Öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi dünyaya günəş kimi doğacaq. Lakin bir həqiqət var ki, bugünkü qüdrətli Azərbaycan çətin, ağır dövr keçməklə qürurverici uğurlara imza atıb. Ötən əsrin 90-cı illərin əvvələrində Azərbaycanda hər bir sahədə hərc-mərclik, özbaşınalıq, xaos, dövlət idarəçiliyində hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr hökm sürürdü. Bu kimi xaos və anarxiyadan, hakimiyyət uğrunda savaşın aparılmasından istifadə edən Ermənistan ardıcıl olaraq torpaqlarını işğal edirdi. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan xalqının ümid yeri Ulu Öndərimiz Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Dahi Öndərimiz Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı.

Xalqa arxalanıb, Azərbaycan dövlətini quran LİDER

Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun Sədri olmağa razılıq verdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkşaf dövrünün əsası qoyuldu.Yeni Azərbaycan Partiyası yarandığı zamanda müxalifət partiyası olmasına baxmayarq böyük siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqın sevgisini, inamını qazanaraq qısa müddət ərzində iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıdışı ölkəmizdə böyük uğurların əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində milli ordu yaradıldı, sosial-iqtisadi inkişafa, möhkəm əsaslara söykənən sabitliyə nail olundu. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi dahi öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı.

İnsanlığa xidmət edən bəşəri siyasət

Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də Cənab İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsi olmuşdur. Məhz möhtərəm Prezidentimiz İlham Əliyev Dahi Öndərimiz Heydər Əliyevin bütün etimad və etibarını tamlıqla doğrultmuşdur. Ulu Öndərimizin başlatdığı bütün işləri yüksək səviyyədə davam etdirmiş, qarşıya qoyulmuş hədəflərə çatdırmış, Azərbaycanı dünyada öz gücü, qüdrəti və inkşafı ilə seçilən Qalib bir dövlətə çevirmiş, Ata vəsiyyətini yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasında Ulu Öndər Heydər Əliyev siyasəti və Prezident İlham Əliyev siyasəti dayanır.

Xalqa bəxş edilən qələbə

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti, yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla Azərbaycan tarixinə şanlı, qızıl hərflərlə yazılan tarix yazdı. Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. Bu qələbələr davamlı olacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət yalnız Azərbaycanın daha inkişaf etdirilməsinə, hərbi, siyasi, diplomatik sahədə güclənməsinə xidmət edir.

Ulu Öndərimiz Heydər Əliyevin ruhu şad olsun,

Yaşasın Prezident İlham Əliyev, var olsun Qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyası!

Namik Əhmədov,

Yeni Azərbaycan Pariyası Xəzər rayon təşkilatının sədri

Digər xəbərlər