PDF Oxu

Siyasət

  • 2 814

XİN AÇIQLADI: “Paşinyanın fikirləri tamamilə əsassızdır”

XİN AÇIQLADI: “Paşinyanın fikirləri tamamilə əsassızdır”

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin bu günkü iclasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib. Azərbaycan XİN-in məlumatında deyilir ki, Ermənistan baş nazirinin ölkəmizə qarşı beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır.

Məlumatda deyilir: “Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir.

Ermənistan Respublikasının Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məhkəmələri tərəfindən məhkum olunan silahlı qüvvələrin Ermənistana məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır.”

Mətləb

Digər xəbərlər