“Qızların təhsildən yayınması hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasına 01.07.2023-cü ildə başlamışdır. Bunu “Turan” Vətəndaş Cəmiyyətinə Yardım İctimai Birliyi sədri Yaqub Babayev bildirib. Yaqub Babayev bildirib ki, “Turan” Vətəndaş Cəmiyyətinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə yardımı ilə həyata keçirdiyi layihə 3 ay ərzində Sabirabad rayon və kəndlərini əhatə edəcək. Layihənin əsas məqsədi “Turan” Vətəndaş Cəmiyyətinə Yardım İctimai Birliyin əməkdaşları tərəfindən məktəbin pedoqoji heyəti və valideynlər arasında qız uşaqlarının təhsildən yayınmasının səbəbləri barədə sorğu keçirmək nəzərdə tutulub. Sorğu əsasında məktəblərin pedaqoji heyətləri, təhsildən yayınan məktəbli uşaqların, xüsusən qız uşaqları, valideynləri dəvət olunacaq, layihə rəhbəri tərəfindən layihə ilə bağlı qızların təhsildən yayınması millətin intellektinə zərbə vuran amillərdən müəllimlərlə yanaşı, valideynlərdə öz övladlarının təhsilə marağını artırmalı tərbiyəçi müəlimlərlə birgə maraq göstərməsindən bəhs edəcək. Eyni zamanda, layihə rəhbəri tərəfindən qızların təhsildən yayınmasının qarşısının alınması ilə bağlı təhsil savadı olmayan, dünyanın gedişindən baş çıxarmayan qız uşaqlarının erkən yaşda ailə qurmaqla sonradan sosial problemlə üzləşmələri nəticələrini şagirdlərə anlatmaq tövsiyələr verməklə broşürlər, bukletlər paylanacaq. Elm və Təhsil Nazirliyinin şagird davranış qaydaları haqqında təsdiq etdiyi son qaydaları valideynlərin və şagirdlərin diqqətinə çatdırmaqla bağlı seminarlar keçiriləcək. Layihə çərçivəsində təşkilat rayon regional təhsil şöbələri, kənd məktəb rəhbərliyi, İcra Hakimiyyətinin kənd nümayəndələri ilə əməkdaşlıq edərək layihənin uğurla başa çatmasına nail olacaq.