PDF Oxu

Siyasət

  • 3 741

Şəhid Turan Sulduz oğlu Əliyevin doğum günü qeyd olunub FOTOLAR

Şəhid Turan Sulduz oğlu Əliyevin doğum günü qeyd olunub FOTOLAR

İyul ayının 7-də Biləsuvar rayonun Əsgərabad kəndində Vətən müharibəsinin şəhidi Əliyev Turan Sulduz oğlunun anadan olmasının 27-ci ildönümü münasibətilə ailəsi ziyarət edilib. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Əliyev Turan Sulduz oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər xəbərlər