PDF Oxu

Siyasət

  • 5 712

Qoşulmama Hərəkatına 2011-ci ildən tamhüquqlu üzv olan Azərbaycan ŞƏRH

Qoşulmama Hərəkatına 2011-ci ildən tamhüquqlu üzv olan Azərbaycan ŞƏRH

Bakıda cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı (QH): meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü keçirilib. Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Qeyd edək ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. 2011-ci ildə Azərbaycanda Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunmasına və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. Həmçinin, respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. Azərbaycanda indiyədək Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub. Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir.Ümumiyyətlə, son illər dünyanın başı üzərini koronavirus pandemiyası aldığı, beynəlxalq aləmdə iğtişaşların, münaqişələrin alovlandığı, miqrant axınının gücləndiyi bir vaxtda ölkəmizdə nəzərdə tutulan layihələr uğurla reallaşıb, beynəlxalq əməkdaşlıq daha da genişlənmiş və dünya miqyaslı tədbirlərin keçirilməsi davam etdirilib. Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü belə mötəbər tədbirlərin davamıdır. Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirlə çıxışında dünyaya çox ciddi mesajlar verdi. QH-ı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürməsi, qurumun üzv ölkələrinin xahişi ilə sədrliyin daha bir il uzadılması həm dövlətimizə, həm də Prezident İlham Əliyevə olan inam və etimadın bariz nümunəsidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə prinsipal mövqe nümayiş etdirərək “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Onu da xatırladaq ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında ölkəmizin təşəbbüsü ilə təşkil edilmiş QH-nın liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir. Tədbirdə dövlətimizin başçısının nitqi böyük maraq doğurub. Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.

Prezident İlham Əliyevin çıxışında çox ciddi mesajlar səsləndirməsi dövlət başçımızın qətiyyətinin, cəsarətinin və polad iradəsinin bariz nümunəsidir. Pezident Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu diqqətə çatdırdı. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Bundan əlavə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətindən və bu müddətdə törətdiyi vəhşiliklərdən, qətliamlardan, terrorlardan, soyqırımlarından söz açmışdır. Eləcə də Birinci Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyindən hələ də xəbər olmadığını diqqətə çatdıraraq deyib: “2020- ci il noyabrın 10- da Azərbaycan Ordusu öz gücü ilə bu işğala son qoydu. Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Hazırda işğaldan azad edlmiş ərazilərdə yenidənqurma, tikinti-bərpa işləri geniş miqyas alsa da, Ermənistan hər vasitə ilə buna mane olmağa çalışır, atəşkəsi mütəmadi olaraq pozur, sülh müqaviləsini imzalamaqdan yayınır. Rəsmi İrəvan onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur”.Bir məsələni də qeyd edək ki, Qoşulmama Hərəkatına üzv olan ölkələrin işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, eyni zamanda BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısının alınmasında böyük rol oynayıblar. Bütün bunlar bir daha Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi müdrik və uzaqgörən fəaliyyətdən xəbər verir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və

Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər