Azərbaycanın mütəmadi olaraq sanballı Beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq bir ənənə halını alıb. Keçirilən tədbirlər, Forum və Sammitlər dünyanın baxışlarını Azərbaycana yönəltməklə, regionda baş verən proseslərin real mənzərəsinin Beynəlxalq aləmə çatdırılmasında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan iyunun 5-də Bakı Konqres Mərkəzində 120 ölkəni özündə birləşdirən və BMT-dən sonra 2-ci böyük təsisat olan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında Azərbaycanın yeritdiyi siyasi xəttin mahiyyətini tam aydınlığı ilə diqqətə çatdırdı. Çıxışda qeyd edildi ki, hazırda dünyada bir sıra böyük Dövlətlərinin siyasətində yeni bir tendensiya-gücün ədalətdən üstün olması hiss edilməkdədir.1919-cu ildə Qoşulmama Hərəkatına sədrlik edilməsi üçün Azərbaycanın namizədliyi irəli sürüləndə üzv Dövlətlər tərəfindən bu təklifin dəstəklənməsi Azərbaycanın həmişə ədalətin və haqqın yanında olmasının, eyni zamanda, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüskarlığının, yüksək siyasi və intellektual hazırlığının, dünyada baş verən proseslərə anındaca və obyektiv qiymət vermə bacarığı nəticəsində əldə edilmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi demək olar ki, koronavirus pandemiyasının dünyada tüğyan etdiyi bir vaxta təsadüf etsə də, cənab İlham Əliyev vaxtında və düzgün qərar çıxararaq pandemiya ilə mübarizə tədbirlərini qlobal səviyyəyə qaldırdı və bəşəriyyəti təhdid edən bu bəlanı yalnız səyləri birləşdirməklə aradan qaldırmağın mümkün olduğunu diqqətə çatdırdı. “COVİD-19” əleyhinə peyvəndlərin məqbul qiymətə satılması, vaxtında çatdırılması və bölgünün ədalət prinsipinə əməl edilməsi təklifinin irəli sürülməsi Hərəkata üzv Dövlətlər və Dünya Səhiyyə təşkilatı tərəfindən razılıqla qarşılandı. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi gündən bu günədək fəaliyyəti həmişə konstuktiv və səmərəli olmuş, hərəkatın fəaliyyətinin canlandırılması və qlobal çağırışlara adekvat reaksiya verməsi ilə yadda qalmışdır. Məhz buna görə də Azərbaycanın hərəkata sədrliyinin daha bir il uzadılmasına üzv Dövlətlər yekdilliklə səs vermişlər.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dünyada baş verən bir sıra proseslərə, o cümlədən bəzi ölkələrin neokolonializm siyasətinə qarşı etirazını ifadə etdi:“Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşumama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idərə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verilməsini tələb edirik.Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.”Cənab Prezidentin faktlara söykənən cəsarətli çıxışını bir çox Afrika, Ərəb və Cənub-Şərqi Asiya ölkələrinin nümayəndələri böyük razılıqla qarşıladılar. Ümumiyyətlə, Qoşulmama Hərəkatının Bakıda keçirilən Əlaqələndirmə Bürosunun Nazirlər görüşü Azərbaycanın siyasi sanbalına yeni dividentlər əlavə etdi. Dünya mətbuatı və sosial şəbəkələr bu tarixi çıxışa çox böyük dəyər verərək geniş şəkildə şərh etməkdə davam edirlər.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini