PDF Oxu

Siyasət

  • 2 219

"Erməni təxribatlarına görə Qərb narahatdır" MÜNASİBƏT

"Erməni təxribatlarına görə Qərb narahatdır" MÜNASİBƏT

“Qərbin, o cümlədən AB-nin vasitəçiliyi ilə münaqişə tərəfləri arasında keçirilən danışıqlarda əsas məqsəd Rusiyanı moderator olaraq danışıqlardan uzaqlaşdırmaq, bundan sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasına nail olmaqdan ibarətdir, zira 44 günlük bəlli savaşdan sonra bölgədəki yeni geosiyasi reallıqlar Qərbi, ilk növbədə ABŞ-ı qane etmir. AB danışıqlarda müstəqil tərəf deyil, ilk növbədə ABŞ ın bölgəki maraqlarından çıxış edən və əlbəttə bəlli sifarişləri yerinə yetirən geosiyasi oyunçudur, nəhəng imkanlara malik olduğu halda gil ayarrabili nəhəngdir”. Bunu politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaşinqtondaki danışıqlardan dərhal sonra AB-nin növbəti dəfə təşəbbüslə çıxış etməsi göstərir ki, Qərb ciddi şəkildə narahatdir: “Narahatçılığa isə səbəb var, zira Ermənistan iqtidarı Qərbdəki havadarlarının göstərişi ilə Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsindən yayınır, bu isə Azərbaycanı öz ərazisindəki işgalçı qoşunları çıxartmaq üçün antiterror əməliyyaları keçirməyə sövq edə bilər. Məhz bu amil də Paşinyanın Qərbdəki havadarlarını ciddi şəkildə narahat edir. Əvvəla Azərbaycan dövlətinin iqtisadi gücü, onun ordusunun hərbi qüdrəti ilə Ermənistan müqayisəyə gəlməyəcək dərəcədə zəifdir, digər tərəfdən Ermənistan hakimiyyətinin Rusiyaya münasibətdə sərgilədiyi mövqe rəsmi İrəvanın xeyrinə deyil, zərərinə işləyir, nəhayət, Rusiyanın Azərbaycanla münasibətlərə verdiyi önəm konteksində Ermənistanın KTMT üzrə müttəfiqlərinə də bel bağlamağa dəyməz, nəhayət, Azərbaycanın Qərbin enerji təhkükəsizliyində oynadığı rol baxımından Qərbin də Ukraynadakından fərqli olaraq Ermənistana əməli dəstək verməyəcəyi bəllidir. Rusiya ilə Ukraynada yeni dunya nizamı uğrunda gedən mübarizənin konteksində Ermənistan Qərb üçün Troya ati ampluasında çıxış etməyə hazır olduğunu bildirir, lakin indiki şəraitdə məsələ ondan ibarətdir ki, bu kimi layihələrin hansı niyyət ilə həyata kemirilməsi planlarından Rusiya və bölgəki uzun müddətli sabitliyin bərpa olunmasında maraqlı olan digər region dövlətlərinin siyasi elitaları da xəbərdardırlar”.

GÜLYANƏ

Digər xəbərlər