“Azərbaycan uzun illərdir ki, Ermənistanın və Qarabağdakı ermənilərin separatçı ritorikasını dinləməkdə və mütəmadi törətdikləri təxribatların qarşısını almaqla kifayətlənməkdədir. Amma bu vəziyyət əbədi davam edə bilməz”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağda ermənilərin məskunlaşdığı ərazilər Azərbaycanın suverən torpaqlarıdır və separatçıların ərazilərimizdəki özbaşınalıqların qarşısının alınması suverən hüququmuzdur: “Bu gün separatçılar öz havadarlarına arxalanaraq son nəfəslərini çəkirlər. Lakin separatçılar və onların havadarları çox yaxşı bilirlər ki, Azərbaycan yaxın zamanlarda onların yaşadıqları ərazilərdə də dövlət quruluşunu bərpa edəcəkdir. Bir ölkənin ərazisi daxilində separatçı ünsürlərin at oynadılması dünyanın heç bir yerində qəbul olunmur. Ona görə də, beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycan ordusu yaxın zamanlarda Qarabağdakı qanunsuz erməni sialhlı birləşmələri silahsızlaşdıracağı gözləniləndir. Bununla yanaşı hələki Azərbaycan Qarabağdakı separatçıları üçün silahları yerə qoyaraq ölkəmizi tərk etməyə imkan vermişdir. Bu verdiyimiz zamanın müddəti bitə bilər. Separatçılar mənasız ritorik çıxışlar edib təxribatlar törətmək əvəzinə onlar üçün verilmiş son imkandan istifadə edərək ərazilərimiz tərk etsələr, onların özləri üçün yaxşı olar. Əks halda bütün qanunsuz erməni birləşmələr və separatçılar məhv ediləcəkdir. Bu gün Azərbaycan ordusu Qarabağda ermənilərin məskunlaşdığı ərazilərə dörd tərəfdən fiziki və texniki vasitələr vasitəsilə fasiləsiz nəzarət edir. Separatçıların bütün hərəkətləri nəzarətimizdədir və hər hansı bir təxribat cəhdi müşahidə olunan kimi dərhal qarşısı alınır. Lakin bu həmişə belə davam edə bilməz və hesab edirəm ki, qanunsuz erməni silahlıların ərazilərimizdən yığışdırılması zamanı yetişmişdir. O cümlədən hesab edirəm ki, ordumuz bu əməliyyatı başlamaq üçün Ali Baş Komandanın əmrini gözləyir”.
GÜLYANƏ