PDF Oxu

Siyasət

  • 2 723

Albaniya Azərbaycana qardaş ölkədir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Albaniya Azərbaycana qardaş ölkədir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan-Albaniya münasibətlərinin yüksələn xətt üzrə inkişafı hər iki dövlətin milli mənafelərindən irəli gəlir və strateji tərəfdaşlığa, sarsılmaz dostluğa çevriliməkdədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, beynəlxalq tədbirlərdə ölkələrin bir-birinə dəstək verməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti cənab Bayram Beqayın səmimi münasibətləri, dövlətlərin inkişafı üçün göstərdikləri səylər uğurlu gələcəyə hesablanmışdır və xalqların firavan həyatına xidmət edir.

“Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təhcizatının diversifikasiyasında və enerji təminatında strateji əhəmiyyətə malik olan və böyük rol oynayan Trans-Adiratik boru kəməri (TAP) layihəsinin üzvləridir. Cənub Qaz Dəhlizinin bir hissəsi olan boru kəmərinin Albaniyanın ərazisindən keçməsi, SOKAR-ın Almaniyada fəaliyyətinə və enerji əməkdaşlığımıza fayda verəcək layihələr üzərində məsləhətləşmələrin aparılması, turizm, kənd təsərrüfatı və bir çox sahələrdə əlaqələrin yaradılmasına yönəldilən təşəbbüslər əməkdaşlığın möhkəmləndirilməsində önəmlidir. Mətbuata bəyanatında dövlətimizin rəhbəri bu önəmə diqqəti cəlb edərək demişdir ki, “Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qaz alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımızda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq”.

Azərbaycan artıq Avropaya qaz ixratçısıdır və Albaniya daimi olaraq bu sahədə ölkəmizə dəstək vermişdir. Çünki Albaniyanın təbii qaza olan tələbatı 1,2 milyard kubmetrə bərabərdir ki, bu tələbatın böyük hissəsinin bu ölkədən tranzitlə keçən Azərbaycan qazı hesabına təmin olunması ehtimalı var və bu da ölkənin maraqlarına uyğundur. Albaniya Prezidenti də mətbuata bəyanatında bunu dəyərləndirərək bildirmişdir ki, “Albaniyanın qaz tranzit ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir”.

Göründüyü kimi Azərbaycan qazı Avropa ölkələrini ölkəmizə ciddi şəkildə cəlb etməkdə və iqtisadiyyatımızın inkişafına təkan verməkdədir. Dövlətimizin rəhbərinin uzaqgörən siyasəti isə bu inkişafı daha da sürətləndirməkdə və Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxarmaqdadır. Bu beynəlxalq aləmdə tanınmağımızın, möhkəmlənməyimizin və uğurlarımızın əsasıdır”, deyə Tahir Rzayev bildirib.

Digər xəbərlər