PDF Oxu

Siyasət

  • 13 973

"Erməni təxribatı danışıqları pozmağa hesablanıb" MÜNASİBƏT

"Erməni təxribatı danışıqları pozmağa hesablanıb" MÜNASİBƏT

“Qarabağ ermənilərinin “liderlərinin” və onların Ermənistandakı dəstəkçilərinin son dərəcə qeyri-konstruktiv mövqe tutması və mütəmadi olaraq təxribatlar törətməsi heç kim üçün sirr deyil. Heç təsadüfi deyil ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında erməni silahlıları tərəfindən törədilən təxribatdan və Azərbaycan Ordusunun keçirdiyi növbəti “Qisas əməliyyatı”ndan sonra Qarabağdakı ermənilərin “parlamenti” Ermənistan Xarici işlər nazirliyinin rəhbərliyinə ABŞ-dakı danışıqları dərhal dayandırmaq tələbi ilə müraciət etmişdi”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tələb Qarabağ ərazisində erməni silahlıları tərəfindən törədilən təxribatların əsas məqsədinin danışıqlar prosesini pozmaq olduğunu bir daha bütün dünyaya nümayiş etdirmişdi: “Görünür bunu yaxşı anladıqlarından nə ABŞ hakimiyyətinin nümayəndələri, nə də Ermənistan Xarici işlər naziri bu “tələbi” ciddiyə almamışdılar və ona heç bir əhəmiyyət vermədən danışıqları davam etdirmişdilər.

Eyni zamanda, qarabağ ermənilərinin “parlamenti”nin son iclasında Arayik Aratyunyanın verdiyi bəyanat onların sülh danışıqlarını pozmaq niyyətlərini bir daha ortaya qoymuşdu. “Bizim burda olmağımızın əsas səbəbi öz müqəddəratımızı təyin etmə ümidləri ilə bağlıdır”-deyən erməni təmsilçisi həm Vaşinqtonda və Brüsseldə, həm də Moskvada aparılan danışıqlarla qətiyyən səsləşməyən mövqe ortaya qoymuşdu və sülh danışıqlarında onların qətiyyən maraqlı olmadığını bir daha təsdiqləmişdi. Eyni zamanda, bu bəyanat Qarabağdakı erməni separatçılarının ümidlərini tamamilə itirdiklərini bütün dünyaya nümayiş etdirmişdi.

Təxribatların davam etdiyi bir şəraitdə Azərbaycan hakimiyyəti son dərəcə müdrik siyasət yeridir, ermənilərə, onların havadarlarına bəhanə verməmək üçün əlindən gələni edir. Ancaq bu cür səbrli yanaşma sonsuza qədər davam etməyəcək və silahlı qüvvələrimiz qəti addımlar atmaq, erməni silahlılarını tərksilah etmək məcburiyyətində qalacaqdır. Qarabağdakı silahlıları tərksilah etmək məqsədilə keçiriləcək antiterror əməliyyatının nə vaxt başlayacağı barədə qərarı isə silahlı qüvvələrin Ali Baş Komandanı verəcəkdir. Çünki o reallıqları hamıdan yaxşı bilir və hansı addımın nə vaxt atılması barədə ən düzgün qərarı da o verə bilər. Son aylar baş verən hadisələr, atılan tarixi addımlar bunun həqiqət olduğunu hamıya bir daha nümayiş etdirdi”.

GÜLYANƏ

Digər xəbərlər