Azərbaycan qardaş ölkədir və Cənubi Qafqazda ən önəmli müttəfiqimizdir.Bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.“Türkiyənin həm Şimali Kiprlə, həm də Azərbaycanla olan münasibəti bizim üçün olduqca əhəmiyyətlidir", - deyə TBMM sədri vurğulayıb.