PDF Oxu

Siyasət

  • 3 415

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün - ŞƏRH

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün - ŞƏRH

Yasamal rayon Heydər Əliyev Mərkəzində YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 54-cü il dönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Səbinə Xasayeva, Ülvi Quliyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, AMEA-nın vitse-prezidenti Arif Həşimov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Azərbyacan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və YAP Yasamal rayonunun fəal gəncləri iştirak edib. Əvvəlcə Yasamal rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən rəsm sərgisinə baxış keçirilib.Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Ulu öndərimiz cəmiyyətin həlledici hissəsini arxasınca apara bilmişdir.Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Belə tarixi nəaliyyətlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunması ilə özünü pik nöqtəsinə çatmışdır. Bu gün əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikamız iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu iyulun 14-də ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardı. B.Nəbiyev qeyd edib ki, 1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki, həmin illərdə ulu öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi oluruq. Bütün bunlar ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfərin əldə olunmasında aparıcı mövqeyə malik olmuşdur.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. 44 günlük Vətən müharibəsində Əldə olunan şanlı Qələbə isə əsası ulu öndər Heydər Əliyev tərəfində qoyulmuş və bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin təntənəsdir.Azərbyacan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev çıxış edərək vurğulayıb ki,ulu öndər Heydər Əliyevin xalqımızın qəlbində əsrlər boyu yaşamış müstəqillik ideyaları ilə qovuşması, heç şübhəsiz, əhəmiyyətli təkamül mərhələsi keçərək XX əsrin son onilliklərində Azərbaycanın milli yüksəlişinin məfkurə əsası kimi özünü büruzə vermişdir. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmişdir. Başqa sözlə, iqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə birbaşa təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə edilmişdir ki, bu da atılan addımların milli - məfkurə məna tutumuna malik olduğuna heç bir şübhə yeri qoymur. Qeyd olunub ki, müasir və qüdrətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyev ideyalarını davam etdirərək apardığı uğurlu siyasət nəticəsində Azərbaycan artıq regionun coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı proseslərə təsiri getdikcə artmaqdadır. Bu ideyaların davam etdirilməsinin şah əsəri isə heç şübhəsiz 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədir.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər