Müasir dövrün yeni texnologiyaları və dəyişiklikləri insanların düşüncə və təfəkkürlərinin də dəyişməsinə təsir edir. 50 il öncə yaşamış insanla müasirlərimiz arasında cəmiyyətdə baş verən ictimai siyasi hadisələrin dərk edilməsi baxımından mühüm fərq mövcuddur. Texnologiyaların sürətlə inkişafı dünya ölkələrini bir-birinə daha da yaxınlaşdırıb, həm də balacalaşdırıb. İnsanlar da dilindən, dinindən asılı olmayaraq bir-birinə doğmalaşıblar, bir-birini anlamğa başlayıblar. Bunu bəzi neqativ halları nəzərə almasaq ümumilikdə müsbət dəyərləndirmək olar. Lakin etiraf etmək və əminliklə qeyd etmək lazımdır ki, cəmiyyətdə elə insanlar var ki, internetin hansı imkanlara və xüsuiyyətlərə malik olduğunu hələ də dərk etmir. Sadəcə, sosial şəbəkələrə daxil olub, söyüş və təhqir yazmağı bacarır. Təbii ki, söyüş ritorikası qəbuledilməzdir. Daha doğrusu hüquqi məsuliyyət yaratmaqla yanaşı, qınaq obyekti də yaradır.
Söyüşü sosial şəbəkələrə dağıdıcı müxalifət gətirib
Araşdırmalara və baş verənlərə əsaslanaraq demək olar ki, bu gün sosial şəbəkələrdə söyüş və təhqir vasitələrindən daha çox radikal müxalifət nümayəndələri istifadə edir. Fikir versək görərik ki, indiki dağıdıcı müxalifət ötən əsrin 90-cı illərində hansı təfəkkürdə idisə, bu gün də eyni düşüncədədir. Dəyişən yalnız onların geyimləridir. Kostuyum və parıldayan ayaqqablarından başqa həyatlarında heç nə dəyişməyib. Fikir verin, bu şəxslər mətbuata açıqlama verərkən, ancaq 90-cı illərdən sitatlar gətirir, o dövrdə üzləşdikləri hadisələrdən danışırlar. Bir dəfə də olsun Ə.Kərimlidən, C.Həsənlidən, A.Hacılıdan, T.Yaqubludan və digərlərindən yeni fikir, yeni ideya və təklif eşidilməyib.
Deyilənə görə, sözügedən şəxslər, hələ də internetdən istifadə etməkdə çətinlik çəkirlər. Statuslarını kimlərsə yazır, paylaşmalarını kimlərsə onlar üçün edirlər. Sosial şəbəklərdə ancaq aksiyalardan danışır, insanları küçə yürüşlərinə, mitinqlərə çağırılar. Bununla xaos və anarxiyanın hökm sürdüyü o dövrü yenidən yaşamağa və polislərlə qarşıdurmalar yaratmaqla hələ də movcud olduqlarını göstərməyə çalışırlar. Belələri dayaz düşüncə sahibdirlər. Başqa ad vermək təbii ki, mümkün deyil. “Milli Şura”nın sədri Cəmil Həsənli özünü bir neçə ölkənin professoru adlandırır, araşdırmaçı tarixçi olduğunu iddia edir. Hələ utanıb-qızarmadan kitablar yazıdığını da dilə gətirir. Sosial şəbəkələrdə statuslar paylaşaraq tarixin müəyyən səhifləri ilə bağlı mülahizələrini qeyd edir. Necə ola bilər ki, texnoloji bilgilərə malik olmayan 70 yaşlı bir qoca məxluq sosial şəbəkələrdə tarixlə bağlı statuslar paylaşır?
C.Həsənli “siyasətçi – bloger” qismində çıxış edir
Təəccüblü deyilmi sosial şəbəkələrin xüsisuiyyətlərindən xəbərsiz olan C.Həsənli “siyasətçi – bloger” qismində video paylaşmalar edərək Azərbaycandakı ictimai-siyasi proselərlə bağlı analizlərini qeyd edir, fərziyyələrini və ehtimallarını irəli sürür? Aydın məslədir ki, naşı və bilgisiz C.Həsənli adından sosial şəbəkəlrədə Azərbaycanla bağlı şər və böhtan xarakterli analizləri müəyyən şəxslər yazır. Hansı ki, o şəxslər Avropanın və ABŞ-ın xüsusi xidmət orqanlarının ixtisalaşmış agentləridir. Bu faktlar onu təsdiq edir ki, C.Həsənli bütün mənalarda özünü Avropanın və ABŞ-ın qaranlıq dairələrinə təslim edib. Onun təslimçiliyini satqınlıq və xəyanət kimi qiymətləndirmək olar. Diqqətçəkən məqam ondan ibarətdir ki, C.Həsənli kimin qucağında nəyə görə oturduğunu başa düşür. Lakin cəsarət edib, etiraz edə bilmir. Çünki, Cəmil Həsənli ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri Riçard Kozlariçlə və Robert Sekuta ilə gizli görüşlərində üzərinə öhdəliklər götürüb. Digər tərəfdən onu ABŞ-a və İngiltərəyə bağlayan məqamlar var. Yəni övladları sözügedən ölkələrin vətəndaşları ilə ailə qurublar. Bəzən həftələrlə gah ABŞ-da, gah da İngiltərədə yaşaması da ovladlarından ayrı qalmaq istəməməsi ilə bağlıdır.
“Milli Şura” qapılarını Cəmil Həsənlinin üzünə bağlayır
C.Həsənlinin qeyr-ciddi davranışı və fəaliyyətini daha çox Avropanın agentura şəbəkəsinin istəyinə uyğun qurması Əli Kərimlinin, Gültəkin Hacıbəylinin, Namizəd Səfərovun və digər “Milli Şura” üzvlərinin ürəyincə olsa da, sıravilər tərəfindən satqınıqlıq kimi qiymətləndirilir. Hətta “Milli Şura”nın çoxluğu C.Həsənlidən sədrlikdən istefa verməsini tələb edirlər. Təzyiqlər davamlı xarakter daşıdığından C.Həsənli “Milli Şura” sədrliyindən getmək məcburiyyətində qalıb. Bu halda da özünü o yerə qoymayıb, istefa addımını qurumda gəncləşmə ilə əlaqələndirib: “Mən “Milli Şura” sədrliyindən getməklə bağlı təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. İnsanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”. Beləliklə, görünən ondan ibarətdir ki, yaxın vaxtlarda C.Həsənli siyasətdən gedəcək. Bu, həm də onu deməyə əsas verir ki, C.Həsənli həmişəlik xaricdəki əcnəbi doğmalarının yanında qalacaq.
İ.ƏLİYEV