Respublikamız öz müstəqilliyini əldə etdikdən qısa bir müddət sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə yeni iqtisadi model formalaşdırılmasına başlanmışdır. Müstəqilliyin ilk illərində iqtisadi sahələr arasında əsasən diqqətin neft sektoruna yönəldilməsi bu sahənin digər sahələrə nisbətdə daha üstün səviyyədə inkişaf etməsinə şərait yaratmışdır. Nəticədə neft amilinin rolu artmış, bu sahəyə yatırılan investisiyaların həcmi böyümüşdür. Bununla yanaşı, neft sektorunda olan inkişaf iqtisadiyyatın digər sahələrinə də təsir göstərmiş, dövlətin qeyri-neft sektoruna təsir etmə imkanlarını daha da genişləndirmişdir. Lakin, neftin bərpa olunmayan resurs olması və son dövrlərdə dünya neft bazarında neftin qiymətində olan dəyişikliklər qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyini açıq şəkildə göstərmişdir.
Milli iqtisadiyyatda neft sənayesinin sürətli inkişafı son nəticədə ixracın strukturunda neft məhsullarının xüsusi çəkisinin artmasına gətirib çıxarır. Buna görə də ixrac gəlirlərinin əsas hissəsi neft gəlirlərindən formalaşır. Bütün bunlar isə son nəticədə milli iqtisadiyyatın, o cümlədən dövlət büdcəsinin neftdən asılılığının yaranmasına gətirib çıxarır. Dünya bazarında neft məhsullarının qiymətində baş verən dəyişikliklər isə bütövlükdə milli iqtisadiyyatın konyuktur asılılığını şərtləndirir. Belə bir şəraitdə iqtisadi inkişafın dinamik və tarazlı xarakter daşımasına məhz qeyri-neft sektorunun inkişaf etdirilməsi xidmət edir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi eyni zamanda milli iqtisadiyyatın və dövlət büdcəsinin neftdən asılılığının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Eləcə də, qeyri-neft sektorunun 9 inkişaf etdirilməsi regionların sosial-iqtisadi inkişafına və yoxsulluğun səviyyəsinin azaldılmasına da bilavasitə təsir göstərir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ixracın strukturunda bir məhsulun hakim mövqe tutmasının qarşısını alır, eyni zamanda məhsul ixracının beynəlxalq bazar konyukturunda baş verən tərəddüdlərdən asılılığının azaldılmasına təsir göstərir.
Son illərdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi uğrunda sahələrarası tarazlığın yaradılması, təbii və maddi resurslardan səmərəli istifadə edilməsi aktual məsələ olaraq qalmaqdadır.Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanları əsasında müxtəlif illər ərzində Hökumət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Hal-hazırda dövlətimiz qeyri-neft sektorunun inkişafını özünə prioritet sahə seçmiş və əsas vəzifə kimi qarşısına qoymuşdur. Buna görə də ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yönəldilmişdir.
Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın inkişafında diversifikasiya (şaxələnmə) tələb edir. Bu baxımdan dövlətin qarşısında duran mühüm məsələlərdən biri diversifikasiya proseslərinin sürətləndirilməsidir. Ayrı-ayrı regionların inkişaf etdirilməsi də bu sahədə mühüm mövqedə dayanır. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının stimullaşdırılması hazırda dövlətin qarşısında duran mühüm vəzifələrdən biri sayılır. Həmçinin, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi qeyri-neft sektorunun inkişafını vacib edir. Beləliklə, söyləyə bilərik ki, qeyri-neft sektorunun inkişafı 4 ölkənin milli-iqtisadi təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rola malikdir. Bütün bu qeyd olunanlar nəzərə alınaraq dissertasiya işində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətləri və inkişafı məsələrinin öyrənilməsi, bu sahədə olan problemlər və onların həlli yolları araşdırılmış, qeyri-neft sektorunun inkişaf etdirilməsinin müasir vəziyyəti qiymətləndirilmişdir.Qeyd edək ki, cari ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə bir sıra əhəmiyyətli məsələlərə toxunulub ki, onlardan biri də qeyri neft sektorundakı cari vəziyyətlə əlaqədardır. Bununla bağlı olaraq müşavirədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qeyd etmişdir:
“Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.” Göründüyü kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tətəfindən uğurla davam etdirilərək həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü- illər üzrə) böyük əhəmiyyət kəsb edir.
Dövlət Proqramları çərçivəsində ölkəmizdə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi (təbii-iqtisadi, istehsal-texniki və elmi-texniki) potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi (digər müqayisəli üstünlüyə malik, əlavə dəyər yaradan məhsul və xidmət istehsalı sahələrinin də inkişaf etdirilməsi) və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və aztəminatlı insanlar üçün əlçatanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulur. Nəticədə, təbii resurslardan mümkün qədər tam və səmərəli istifadə olunması, təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndirilməsi, yerlərdə yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunması, regionlarda, o cümlədən kənd yerlərində yaşayan əhalinin layiqli məşğulluq və gəlir əldəetmə imkanlarının artması və onların sosial rifah halının yüksəlməsi, beləliklə də regionların davamlı və tarazlı inkişafının təmin olunması prespektivləri uğurla inkişaf etməsinin şahidi oluruq.
Zahid Cəfərov
YAP Yasamal rayon Z.Xəlilov küç. 33 (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri