Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qazanılan iqtisadi uğurlarla yanaşı dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə edildi. Müzakirələr onu göstərdi ki, I yarımillik ölkəmiz üçün uğurlu olmuşdur.
Müşavirədə ölkəmizin dövlətimizin beynəlxalq aləmdə rolunun artmasının və fəallığın güclənməsini xüsusi vurğulanmışdır. Prezident tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha sübut etdi. Digər məsələlərlə yanaşı ordu quruculuğu məsələlərinə xüsusi toxunan cənab Prezident bildirib ki, "biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq".
Bu siyasət həyata keçirildikcə ölkəmizin qüdrəti artır. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ tam başa çatmayıb. Biz Azərbaycan miqyasını nəzərə almaq şərtilə öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Bu istiqamətdə işlər ciddi şəkildə davam etdirilir. Bu gün Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Ordumuz hər zaman düşmənə layiqli cavab verə bilər və verəcəkdir.
Ümumiyyətlə, altı ayın yekunları göstərir ki, Azərbaycan dinamik inkişaf yolundadır və həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafına hesablanmışdır. Həm iqtisadiyyatda, həm də digər sahələrdə Azərbaycan dünyanın beynəlxalq palitrasında sayılıb-seçilən ölkələr sırasındadır.
Azərbaycanın yeganə olaraq mövcud problemi Ermənistanla olan münaqişənin çözülməsidir ki, bu sahədə ölkə başçısı cənab İlham Əliyev yorulmadan çoxsahəli fəaliyyətini davam etdirir. Görülən işlər sübut edir ki, bu problemində həllinə çox vaxt qalmamışdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...