PDF Oxu

Siyasət

  • 1 551

"Azərbaycanın mövqeyi qətidir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın mövqeyi qətidir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Görünən odur ki, Rusiya müttəfiqlik bəyənnaməsi ruhuna qətiyyən uyğun olmayan açıqlamalarla məşğuldur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. O, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsinə Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun cavabı haqqında deyib: "Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri Mixail Yevdokimovun Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi açıqlamanın fonunda söylədiyi fikirlər həm də ondan xəbər verir ki, Rusiya Azərbaycana qarşı məkirli planlar üzərində işləyir.Azərbaycan və Rusiya arasında həm də 2022-ci ilin 22 fevralında müttəfiqlik bəyannaməsi imzalanıb. Bu bəyannaməyə əsasən, Azərbaycan və Rusiya rəsmi olaraq müttəfiqdir. Lakin görünən odur ki, Rusiya müttəfiqlik bəyannaməsi ruhuna qətiyyən uyğun olmayan açıqlamalarla məşğuldur. Xüsusən də, Qarabağla bağlı - Azərbaycanda yaşayan erməni əsilli şəxslərin guya hüquq və təhlükəsizliyi ilə bağlı məsələlər narahat edir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti ölkəmizdə yaşayan ermənilərin hər formada hüquq və təhlükəsizliyini təmin edir və bu prinsipi hər zaman üstün tutur.Düşünürəm ki, Ceyhun Bayramov bunu yeni səfirin diqqətinə çatdırmaqla həm də Rusiyanın diqqətinə çatdırmış oldu – Azərbaycanla hədə və təhdid dilində danışmaq lazım deyil. Xüsusilə də rəsmi müttəfiq olduğu ölkə tərəfindən Azərbaycana qarşı təxribat və lazımsız açıqlamaq vermək düzgün deyildir. Bu baxımdan düşünürəm ki, Azərbaycanın mövqeyi qətidir, bundan sonra baş verəcək hər hansı gərginlik olacaqsa, təbii ki, bunda Rusiya məsuliyyət daşıyacaq. Azərbaycan tərəfi həm də səfirə bunu bildirməklə etdiyi hər bir hərəkətə cavabdeh olacağını demiş oldu".

Müəllif: Aysel Naibli

Digər xəbərlər