PREZİDENT İLHAM ƏLİYEV: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır"
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Avropanın siyasi mərkəzi sayılan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təxminən 4 saat davam edən sülh danışıqlarının növbəti altıncı görüşündə yenə də qalibin şərtləri keçərli oldu. Çünki …
AZƏRBAYCAN ÖHDƏLİKLƏRİNƏ SADİQ ÖLKƏDİR
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük".Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir. Çünki bu gün Avropa İttifaqının təhkilatçılığı ilə keçirilən üçtərəfli görüşləri dəyərləndirilərək bir daha Azərbaycanın reallıqlarını qəbul edir.Azərbaycan Prezidenti birmənalı olaraq bir daha bildirdi ki, «son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük». Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.
Bəli, Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və Brüssel görüşlərində aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır.
Göründüyü kim…
ALTINCI GÖRÜŞ YENƏ DƏ QALİB KOMANDAN KİMİ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN DİPLOMATİK ÜSTÜNLÜYÜ İLƏ YADDA QALDI
Belə ki, iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən növbəti – altıncı görüş əvvəlki görüşlərdə olduğu kimi, yenə də Brüsseldə "Qarabağ", "Minsk qrupu", "status" ifadələrinin işlədilməməsi sülh gündəliyində rəsmi Bakının maraqlarının tam şəkildə təmin olunduğunu bir daha təsdiqlədi.Daha doğurusu, Brüsseldəki danışıqlarda erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə etdi.Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə onu da bildirdi ki, son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var: «Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.Bəli, Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və Brüssel görüşlərində aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır.Üçtərəfli görüşdən sonra Şarl Mişelin verdiyi bəyanata nəzər yetirdikdə aydın görünür ki, Avropa İttifaqı ilk növbədə regionda sülhün tezliklə bərqərar olmasında çox maraqlıdır. Kommunikasiyaların açılması, nəqliyyat-tranzit məsələlərinin həllini tapması Cənubi Qafqazın inkişafı ilə yanaşı, regionda sabitliyi daha da möhkəmləndirəcək. Ona görə də Avropanın siyasi mərkəzi olan Brüssel görüşləri sülh prosesinə töhfə kimi dəyərləndirilir.
Və belə olduğu halda …
"AZƏRBAYCANLA HƏDƏ-QORXU, ULTİMATUM DİLİ İLƏ HEÇ KİM DANIŞA BİLMƏZ"
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər: "Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz"."Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq", - deyə dövlətimizin başçısı vurğulayıb.Bəli, Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və Brüssel görüşlərində aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır. Bunu …
ŞARL MİŞELİN BƏYANATINDAKI TEZİSLƏRİ GÖSTƏRİR Kİ, AVROPA İTTİFAQI AZƏRBAYCAN REALLIQLIRINI QƏBUL EDİR
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra verdiyi bəyanatda müzakirə olunmuş məsələlər üzrə konkret fikirlərini səsləndirib. Aİ Şurasının prezidenti qeyd edib ki, bu müzakirədə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflə razılaşma əldə edilib.Onun fikrincə, budəfəki görüşdə aparılan fikir mübadilələri açıq və məhsuldar keçib. Diplomat son görüşdə əldə edilən razılaşmalar istiqamətində bəzi addımların atılmasını isə sevindirici hal kimi qiymətləndirib.Beləliklə, altıncı Brüssel görüşündə də sülh müqaviləsinin irəliləməsi istiqamətində növbəti bir adddım da atıldı. Həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, saxlanılan və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb və qeyd edilib ki, Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.Tərəflər sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi, nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri bir daha nəzərdən keçiriblər.Bəyanatda eyni zamanda Avropa İttifaqının uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazır olduğu vurğulanıb. Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə də davam edəcək.Bir sözlə, İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir, milli maraqlarımız üçün əhəmiyyət daşıyan bütün məsələləri qarşı tərəfə qəbul etdirir və görüşlərdə ölkəmizin böyüklüyünü, gücünü bir daha nümayiş etdirir və sülh müqaviləsinin hazırlanması da Qalib Komandanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Azərbaycanın daxili işi olan Qarabağ mövzusu isə artıq müzakirə edilmir.
Son görüşdə bir daha aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir.
RƏFİQƏ KAMALQIZI