"15 iyulda keçirilmiş Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından çox əhəmiyyətli olmuşdur". Millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu görüş ölkələrmiz arası münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilmiş əvvəlki görüşlərin davamı kimi qeyd etmək olar: "Görüşdə dövlət başçıları ölkələrarası münasibətlərin normallaşdırılması ilə bağlı müzakirə olunmalı bütün məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Bu görüşdə də Azərbaycan və Ermənistanın ərazi bütövlüyü suverən parametrlər çərçivəsində qarşılıqlı tanıdıqlarını bir daha bəyan etmişdir. Gündəlikdə dayanan məsələlər sərhədlərin delimitasiyası, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliklərinin Azərbaycan tərəfindən həyata keçiriləcəyi, Bakı ilə Qarabağ ictimaiyyəti arasında dialoqun təşkil edilməsi və inteqrasiya proseslərinin reallaşdırılması, Qarabağda yaşayan ermənilərin Ağdam -Xankəndi yolu vasitəsilə təminatın həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması üçün dəmir yolunun yenidən qurulma prosesinin intensivləşdirilməsi, o cümlədən Qərbi azərbaycanlıların öz doğma yurdlarına qaydışı və gündəlikdə duran digər məsələlər ətrafında müzakirə aparılmışdır. Dövlət başçılarının növbəti görüşün keçirilməsi ilə bağlı razılaşması da sülh prosesinin canlanmasının göstəricisi hesab edirəm. Əslində, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün lazımi bütün məsələlər müzakirə olunaraq şifahi razılaşdırılmışdır. Burada həll olunmalı növbəti məsələ danışıqlar masasında razılaşdırılmış məsələlərin kağız üzərində imzalarla təsdiq edilməsidir. Bunun üçün Ermənistanın təxribatlar törətmək mövqeyindən çəkinərək konstruktiv mövqe sərgiləməsi vacibdir".
GÜLYANƏ