PDF Oxu

Siyasət

  • 2 021

"Rusiya Ermənistanın əli ilə təxribatlar törədir" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Rusiya Ermənistanın əli ilə təxribatlar törədir" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Ermənistanın Azərbaycanla sərhəddə, eləcə də Qarabağda təxribatçı addımları həmişə olub. 44 günlük müharibədən öncə də təxribatlar baş verirdi, sonrasında da Rusiyanın moderatorluğu ilə 10 noyabr bəyannaməsinin imzalanmasına baxmayaraq hələ də davam edir. Bütün bunlar onu təsdiq edir ki, Ermənistan bölgədə əmin-amanlığın yaranmasında, Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, bu gün Ermənistanın siyasətinin dərinliklərində əsas hədəf bölgədə sülhü bərqərar etmək deyil, Azərbaycana qarşı yeni revanşa başlamaq üçün vaxt udmaqdır: "Brüsseldə və Vaşinqtonda uğurlu görüşlərdən sonra Rusiya XİN-in pozucu bəyanat verməsi ilə Ermənistanın təxribatları gücləndirməsi heç təsadüfi deyil. Bu təxribatların gücləndirilməsi onu göstərir ki, Rusiyanın açıq-aşkar pozucu siyasətə başlaması erməniləri ruhlandırıb. Ermənilər Rusiya XİN-in həmin bəyanatına özləri üçün havadarlıq çərçivəsində atılan bir addım kimi baxırlar. Çünki həmin bəyanat indiyədək sülhə doğru atılmış addımların mənasını heçə endirir. Aydın şəkildə görünür ki, Rusiya Qarabağın Azərbaycan ərazisi kimi tanınması reallığı ilə barışmaq istəmir. Rusiya istəmirdi ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanısın".A.Quliyev sözlərinə davam edərək bildirib ki, bu gün Qərb formatlarının bu yöndə qərarı Rusiya tərəfindən pozulur: "O cümlədən, Rusiya 2022-ci il martın 6-sı Praqa görüşündən əldə olunan razılaşmanı və 2023-cü il mayın 14-ü keçirilən Brüssel razılaşmasının Qarabağa aid olunan hissəsini xüsusi olaraq hədəfləyib. Çünki Rusiya yaxşı başa düşür ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanısa, artıq rus sülhməramlılarının bölgədə qalmasına ehtiyac olmayacaq. Ona görə də Rusiya Ermənistanın əli ilə sərhədlərdə təxribat törədir və sülhün əldə olunmasına imkan vermək istəmir".

Ləman Sərraf

Digər xəbərlər