PDF Oxu

Siyasət

  • 2 112

"Ermənistan münasibətlərə ciddi maneəçilik törədir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan münasibətlərə ciddi maneəçilik törədir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın ayrı-ayrı rəsmi şəxsləri tərəfindən Azərbaycana qarşı qarayaxma kompaniyası və Azərbaycanın bölgədə sülhə təhdid formalaşdıran bir qüvvə rolunda çıxış etməsi ilə bağlı əsassız və sərsəm bəyanatları son dövrlərdə xüsusilə artmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib. Onun sözlərinə görə, belə açıqlamalardan birini də Avropada səfərdə olan Ararat Mirzoyan mətbuata açıqlamasında səsləndirib: “Əsassız olaraq Azərbaycanı bölgədə sülh və sabitlikdə maraqlı olmamaqda ittiham edib. Bunun üçün hər hansı bir real əsaslar söyləyə bilməyib. Bu cür sərsəm fikirlər səsləndirə bilmək üçün Ararat Mirzoyan və ya erməni olmaq lazımdır. Bu qədər absurd ifadələr işlətmək üçün insan erməni xisləti daşımalıdır. Çünki 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra və 10 noyabr bəyanatı imzalandıqdan sonra bölgədə ilk və yeganə sülh təşəbbüsü ilə çıxış edən tərəf yalnız Azərbaycandır.Ölkəmiz qalib olmasına baxmayaraq, məğlub tərəfə sülh əlini uzadıb. 5 təməl prinsip əsasında sülh razılaşmasının əldə edilməsi ilə bağlı təklifimiz hələ də gündəlikdədir. Çox təəssüf ki, Ermənistan tərəfi məhz destruktiv davranışları ilə sülh münasibətlərinin qurulmasına ciddi maneəçilik törədir və bu bütün dünyanın gözü qarşısında baş verir. Ermənistanın Baş Naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikirlər səsləndirsə də, üzərindən qısa bir müddət keçdikdən sonra onun dilindən Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiriləcək açıqlamalar eşidirik. Həmçinin Qarabağdakı erməni separatçılarının qorunmasına yönəlmiş addımların şahidi oluruq. Qarşı tərəfin bu cür açıqlamaları və addımları ilə bölgədə sülhü təmin etmək mümkün deyil. Onlar həqiqətən də sülh müqaviləsinin imzalanmasında maraqlıdırlarsa o zaman ərazi bütövlüyünün tanınması istiqamətində verilən sözləri yerinə yetirsinlər”.

Digər xəbərlər