"Sovet dövründə ateizm təbliğ edilirdi, məscidlərə getmək qadağan idi. Azərbaycan xalqı isə dini, dini dəyərləri, Allahı ürəyində qoruyub saxlayıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bu gün "Media və dini təhlükəsizlik" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O, Azərbaycanın dini siyasətindən danışıb, dinin dövlətdən ayrı olduğunu desə də xalqımızın multikultural dəyərlərə sahib olduğundan bəhs edib.Deputat deyib: "Azərbaycan xalqı hamıdan öncə dərk edib ki, bütün dinlər bərabərdir. Bu, bizim uğurumuzdur".Deputat həmçinin, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin din üçün gördüyü işlərdən, dinə münasibətlərini nümunə çəkib.B.Sadıqov dini mövzulu və dini maarifləndirmə edən verilişlərin mediada az olduğundan, mənəvi dəyərlərimizi məhv edən şou-proqramlara isə lazımından çox vaxt verildiyindən də şikayətlənib, dini maarifləndirmənin əhəmiyyətindən bəhs edib.Özəlliklə, İran kimi dövlətlə qonşu olduğumuzun ölkəmizdə dini təhlükəsizliyə zərər verdiyini nümunə çəkərək dini maariflənmənin vacibliyini vurğulayıb. İrandan din pərdəsi altında dini radikalizm ideyalarının ötürüldüyünü, öz siyasətini təbliğ etdiyini, ölkəmizə narkotiklərin qanunsuz ötürüldüyünü, II Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinə dövlət sirlərinin ötürüldüyündən nümunə çəkib. Buna görə də dini sevən gəncləri belə zərərli ideyalardan qorumalı olduğumuzu deyib."Sosial şəbəkələrdə din adı ilə ekstremizm, radikalizm təbliğ edilir. Bu isə gördüyümüz maarifləndirmə işimizə ziyan vurur. Buna görə də gənclərimizi belə düşüncələrdən qorumalıyıq", - deputat qeyd edib.
Müəllif: Aysel Naibli