PREZİDENT İLHAM ƏLİYEV: "İlin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir"
11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə geniş nitqlə çıxış edən dövlətimizin başçısı ötən dövrdə əldə olunan nailiyyətlər və son dövrdə ölkədə və regionda baş verən proseslərlə bağlı fikirlərini səsləndirdi.
Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bildirib ki, «ilin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir».
Dövlət başçısı açıqlayıb ki, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək».
GÖRÜLƏN İŞLƏR, HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ OLDUĞUNU, SÖZÜ İLƏ ƏMƏLİNİN ÜST-ÜSTƏ DÜŞMƏSİNİN MƏNTİQİ SÜBUTUDUR
Bəli, bu gün insanlar həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da Prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.
Azərbaycan Prezidenti İlham Əliyev bütün müsahibələrində, çıxışlarında da qürurla verilən vədin qətiyyətlə gerçəkləşdirildiyini aydın şəkildə təqdim edir. Cari ilin əvvəlində Dövlət başçımızın yerdi televiziyi kanallarına verdiyi müsahibəsində öildirmişdir ki, «Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə - müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq. Yaxud da ki, sentyabra qayıdaq. Kimin ağlına gələ bilərdi ki, bu gün Ermənistan haqsız olaraq bizi işğalda ittiham edəcək. İki il, üç il bundan əvvəl əgər kiməsə bunu desəydin, deyərdi ki, deyəsən sənin başın xarab olub, belə sadə dillə desək. Amma mümkün olmayan heç nə yoxdur, bizim əlimizdədir. Amma biz ədaləti istəyirik, ancaq ədaləti. Pozulmuş ədaləti bərpa edirik, hələ tam bərpa etməmişik, amma bərpa edəcəyik, mənim şübhəm yoxdur və əminəm ki, Azərbaycan xalqı da bu nikbinliyi bölüşür».
Bəli, artıq...
CARİ İLİN 6 AYININ NƏTİCƏLƏRİ BİR DAHA VERİLƏN VƏDİN GÖSTƏRİCİSİDİR
Bəli, 2023-cü ilin 6 ayının nəticələri bir daha verilən vədin göstəricisidir. Bu gün - 33 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib.
«Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil», - deyə dövlətimizin başçısı qeyd edib.
Müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft sənayemizin 6,5 faiz qeyri-neft sektorunun isə 3 faizdən çox artmasını xüsusilə qeyd etmişdir.
Qeyd edək ki, bu gün Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Qeyri-neft sənayesinin artımı real iqtisadiyyatın inkişafını şərtləndirir. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə Prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub.
«BUİLKİ DÖVLƏT BÜDCƏMİZ REKORD HƏDDƏ ÇATMIŞDIR - 36 MİLYARD MANATDAN ÇOX»
Bəli, müstəqillik tariximizin rekord həddində olan dövlət büdcəsi daha da artaraq 36 milyard dolları örtmüşdür. Müşavirdə dövlət başçımız bildirdi ki, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq: «Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır»,-deyən Azərbaycan Prezident ionu da vurğulayıb ki, bu ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik: «Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq».
«BİZ HƏR ŞEYİ PLANLI ŞƏKİLDƏ EDİRİK, ORADA ƏN YÜKSƏK STANDARTLAR TƏTBİQ EDİLİR VƏ EDİLMƏLİDİR»
Dövlətimizin başçısı çıxışında azad edilmiş torpaqlarda həyata keçirilən abadlıq-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsinə toxunanaraq ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdacaqlarını bildirdi. Cənab Prezident Qayıdış proqramının ardıcıllıqla aparıdığını və ilin sonuna qədər artıq beş yaşayış məntəqəsi - bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacağının anonsunu verdi: «Bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”, deyən Prezident İlham Əliyev görülən bütün işlərin Azərbaycan öz hesabına, iki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirildiyini, eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa, yaxud da ki, onları əsaslı şəkildə bərpa etdiyini diqqətə çatdırdı.Azərbaycan Prezidenti müşavirədə Qayıdış proqramının ardıcıllıqla aparıldığını, ilin sonuna qədər beş yaşayış məntəqəsində bir şəhər və dörd kəndlərinə vətəndaşların öz dədə-baba torpaqlarında tam məskunlaşacağını, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar: «Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm».
Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfrdən dərhal sonra Qarabağın və Şərqi Zəngəzurda bütün görüləcək işlər Azərbaycan Prezidentinin daima diqqət mərkəzində olub: «Əlbəttə ki, biz, bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik».
Bütün bunlar isə növbəti 6 ayda iqtisadi artım tempinin qorunub saxlanması ilə yanaşı, sosial təminatın gücləndirilməsi ilə bağlı fəaliyyətlərin daha da genişləndirilməsinin müşahidə olunacağından xəbər verir. Növbəti dövr üçün də iqtisadi islahatların dərinləşməsi hədəf olaraq qalmaqdadır.
RƏFİQƏ KAMALQIZI