Azərbaycanın Qarabağ bölgəsində arutyunyanlar, vardanyanlar və digərlərinin təmsil olunduğu separatçılar sakitləşməyəcək. Onlar hələ də Azərbaycan torpağında qalmalarının qaçılmaz sonunu gecikdirməyə imkan verəcək hansısa möcüzə xəyal edirlər. Hətta ötən gün Azərbaycanın Xankəndi şəhərinin mərkəzində mitinq kimi bir şey təşkil ediblər.
Orada çoxdan bütün dünyanı bezdirmiş yalançı yalvarışlar səsləndi ki, “xilas edin, bizi öldürürlər”, “qəddar azərbaycanlılar bizi blokadaya salıblar” və s.
Laçın yolundakı Azərbaycan nəzarət-buraxılış məntəqəsini (NBM) kolonna şəklində keçmək çağırışları da olsa da, sonradan könüllülərin sayı xeyli azalıb. Onların niyə boş yerə vaxt itirməsi və səs tellərini gərginləşdirməsi anlaşılmazdır, çünki Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan NBM-nin ləğvini tələb edən müraciətini rədd edib.
Amma siçovul separatçılarının hay-küyü davam edir: hansısa saxta qurumun saxta rəhbəri Arutyunyan BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin rəhbərlərinə, beynəlxalq strukturlara, eləcə də baş nazir Paşinyana məktublar göndərərək “qanunsuz və total blokadaya son qoymaq üçün təcili və təsirli addımlar atmağı” tələb edib. Və Bakının ermənilərə sırf humanitar səbəblərdən yaşamağa icazə verdiyi həmin torpağın vəzifəsi aşağı salınmış qeyri-dövlət naziri Vardanyan bir daha sübut etdi ki, erməni separatçıları siyasi quldur dəstəsidir, burada hamı Qarabağın erməni əhalisinin daha yaxşı yaşaması üçün deyil, sırf öz şəxsi maraqları üçün mübarizə aparır. Vardanyan hətta mitinqdən narazılığını da bildirdi, çünki onun fikrincə, əsas məsələ qaldırılmadı- müharibədə məğlubiyyətə, sonra isə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa, Ermənistanın bütün bəlalarına görə baş nazir Paşinyan günahkardır.
Qazaxstanlı politoloq, beynəlxalq hüquqşünas Ruslan Tusupbekov bu mövzuda caliber.az-a danışıb və bildirib ki, Laçın yoluna NBM-nin quraşdırılması qeyd-şərtsiz və birmənalı olaraq Azərbaycanın suveren hüququdur.
“Bu məntəqə Azərbaycan ərazisində yerləşir və bildiyimiz kimi, onun vəzifələrinə silahların və silahlıların özlərinin Qarabağa daşınmasına nəzarət və qarşısının alınması funksiyaları daxildir. Aydın məsələdir ki, indi Qarabağda baş verən hər şey, o cümlədən bəzi mitinqlər və yerli bəyanatlar erməni separatçılarının və İrəvanın əli ilə edilir. Ümumiyyətlə, bu, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təxribatdır.
Mənə elə gəlir ki, belə vəziyyətdə iki çıxış yolu var: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini gözləmək, ya da elə indi onları təmizləyib asayişi bərpa etmək”- ekspert deyib.
Hüquqşünasın fikrincə, erməni tərəfinin bu yalan və təxribat axınını hər hansı bir üsulla dayandırmaq lazımdır.
Fikir versəniz ki, bu sonsuz təxribatların, vəziyyətin sabitliyinin pozulmasının, silahlı təxribatlarınn və Qarabağda yolların separatçılar tərəfindən minalanması ilə bağlı nə separatçıların, nə də İrəvanın dəqiq məqsədi olmayıb.
“Bütün 30 il ərzində Ermənistanın özü kimi tanınmamış qurumun da prinsipial strategiyası olmayıb. Bir il əvvəl biz Qarabağda olduq və özümüz gördük ki, Azərbaycan torpağı minalarla necə şikəst edilib, çirkləndirilib. Sadəcə axmaqcasına əraziləri minalayıblar, bu regionu inkişaf etdirmək üçün heç resursları belə yox idi, ən əsası isə arzuları belə yox idi. Bunlar elə “terminatorlardır” ki, onların vəzifəsi sadəcə olaraq başqa xalqın yaddaşını və irsini- qəbiristanlıqları, məscidləri, muzeyləri, evləri, istənilən xatirəni məhv etməkdir. Və bunun fonunda biz görürük ki, ağlasığmaz bir şəraitdə Füzulidə hava limanı necə tikilib, o ərazilər minalardan təmizlənib firavanlıq, yeni həyat yaratmaq naminə. Minlərlə qazax isə Füzuli hava limanının möcüzəsi haqqında mənim TikTok videolarımı məmnuniyyətlə izlədi. Ermənistanın və Qarabağdakı separatçıların heç bir perspektivi yoxdur və ermənilərin özləri də bunu başa düşürlər, lakin onlar axmaqcasına hamısı bezdirməkdən, yeni, layiqli həyata başlamaq üçün buraya gələnlərin hamısının həyatını qeyri-mümkün etmək cəhdindən əl çəkmirlər”, - Tusupbekov yekunlaşdırıb.
Tərcümə - Elçin