Dövlət başçısı İlham Əliyevin Füzuli, Cəlilabad rayonlarına, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfərləri özündə bütün məqamları ehtiva edir
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər sayəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran bütün məsələlər öz həllini tapıb. Respublikamızda görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr gələcəkdə də bu müsbət dinamikanın saxlanılacağından, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyindən xəbər verir.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə…
CARİ İLİN 6 AYININ İQTİSADİ GÖSTƏRİCİLƏRİ UĞURLARIN DAVAMLI OLMASINI GÖSTƏRİR
Dövlətimizin başçısı müşavirədə bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirildiyini, bütövlükdə altı ay ərzində iqtisadiyyatımızın inkişaf etdiyini deyib: «Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq».
Dövlətimizin başçısı onu da vurğulayıb ki, mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir və birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir.
SON 20 İLƏ YAXIN DÖVRDƏ ÖLKƏ İQTİSADİYYATINA 280 MİLYARD DOLLARA YAXIN İNVESTİSİYA QOYULUB Kİ, BUNUN BÖYÜK HƏCMİNİ XARİCİ İNVESTİSİYALAR TƏŞKİL EDİR
Eyni zamanda, ən əsas məqam son 20 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam isə Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirir. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev görülən işlərlə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq regionlara səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşitməyi daha məqsədəuyğun hesab edir.
«BÖLGƏLƏRƏ SƏFƏRLƏRİM NƏZARƏT ÜÇÜN BİR VASİTƏDİR»
"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılmışdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprelin aynın 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Bu işlərin davam etdirildiyini və hazırda 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib: "Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir".
Bəli, Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən çox asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların inkişafını hər zaman diqqət mərkəzində saxlayır, yerlərdə görülən quruculuq işləri ilə şəxsən tanış olur, müvafiq tapşırıqlar verir. Ən mühüm məsələ isə, Prezident İlham Əliyev hər regionlara hər səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, dövlət başçısının hakimiyyətlə xalqın birliyini möhkəmləndiyinin göstəricisidir.
Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
AZƏRBAYCAN BÖLGƏLƏRİNİN ÜMUMİ İNKİŞAFI HƏM SOSİAL XARAKTER DAŞIYIR, EYNİ ZAMANDA, ÖLKƏMİZİ GÜCLƏNDİRİR
Prezident İlham Əliyevin cari ilin aprel ayının 18-də Salyana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində regionların sosial-iqtisadi inkişafı dövlətin prioriteti olduğu öz əksini tapıb. Dövlət başçısı qeyd edib ki, bütün hədəflər - insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir və ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyi əsas amillərdəndir: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyən dövlət başçımızın görüdüyü misilsiz və uğurlu işləri göz önündədir.
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısında qoymuşdu. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı sosial-iqtisadi sahədə ilk proqramlarımızdan biri olmuşdur. Qeyd edək ki, ilk proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Ölkəmizdə islahatların prinsipləri xalqın istəyi və dünya çağırışlarına adekvat aparılaraq Azərbaycanı dünyanın ən nüfuzlu ölkələri sırasına qaldırmış və hər bir azərbaycanlının maraqlarını müasir təlatümlü dünyada təmin etməyə yönəlmişdir. Və dövlət başçımızın regionlara hər səfərləri həm nəzarət üçün bir vasitədir, ən əsası isə bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılsın. Buna misal bu gün "ASAN xidmət" dünyada tanınan ən mütərəqqi Azərbaycan brendi kimi tətbiq edildiyi bütün sahələrdə tam şəkildə özünü doğrultmuş kreativ layihə olarqa vətəndaş məmnunluğunun təmin edilməsində ən yüksək göstəricilərə malikdir. Və insan amilinin böyük önəm daşıdığı Azərbaycanda bu sahənin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü tamamilə məntiqli və qanunauyğun olmaqla ölkəmizdə insan hüquqlarının qorunması və dövlət quruculuğu sahəsində daha yüksək nəticələrin əldə olunmasını və müasir, sivil vətəndaş cəmiyyətinin formalaşmasını hədəfləyir.
CƏLİLABAD DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİNİN AÇILIŞI AZƏRBAYCANDA PEŞƏ TƏHSİLİNİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ ATILAN UĞURLU ADDIMLARDANDIR
Həmçinin, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, peşə təhsilinin yeni çağırışlara uyğunlaşdırılması, peşə təhsili müəssisələrinin rolunun və statusunun yüksəldilməsi bu sahəyə xüsusi diqqətin təzahürüdür. Və bu gün ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında peşə təhsilinin rolu artır. Bu sahəyə göstərilən diqqət həm də müasir infrastrukturun formalaşdırılması ilə müşayiət olunur. Və dövlət başçımızın iyulun 20-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışını etməsi Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradacaq, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edəcək.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir zamanda paralel olaraq digər bölgələrin də sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində addımların atılması Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir.
Dövlət başçısı İlham Əliyev, həmçinin Füzuli rayonuna səfər edərək 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış oldu. Məlumat üçün qeyd edildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq.
Cənab İlham Əliyev iyulun 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində də oldu.
Bir sözlə, Prezident İlham Əliyevin …
BÖLGƏLƏRƏ SƏFƏRLƏRİ HƏM NƏZARƏT ÜÇÜN BİR VASİTƏDİR
Bir sözlə, reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə Prezidentinin bildirdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir.
«Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir»,-deyən dövlət başçımız onu da bildiri ki, beləliklə də, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.
Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd edir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Bölgələrə səfərlərinin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir.
Artıq bu gün 33 ildən sonra düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işləri Böyük qayıdış planının icrasını reallaşdırdı. Son dövrlərdə Azərbaycanın əsas prioritetlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsidir. Bu ərazilər 30 il ərzində işğal altında qaldığı üçün bu regionun bərpası Azərbaycan üçün ən önəmli məsələlərdən biridir.
Bütün bərpa və quruculuq işləri plan üzrə həyata keçirilir. Bu proses Azərbaycan hökumətinin, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda regionda çoxsaylı bərpa və quruculuq layihələri həyata keçirilir. Prezident İlham Əliyev bu mövzuya bir daha toxunaraq vurğuladı ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir: “Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz- bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir”.
Bəli, bu gün Zəngilanın Ağalı kəndinin sakinlərinin həsrətli günləri vüsala yetişdi. Bununla yanaşı, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etdi. Qarabağ və Şərqi Zəngəzurda həyat artıq bərpa edilib. Birinci layihə icra edilmiş və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və artıq Ağalı kəndinin ardınca Talış kəndi sakinlərini qarşıladı. Həmçinin Laçın şəhəri qısa zamanda bərpa edilərək sistemli şəkildə sakinlərini qarşılayır. Atılan bu addımlar bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını təqdim edir.
Bir sözlə əvvəldə də qeyd etdiyimiz kimi, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır.
Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmağı şərtləndirən əsas amil güclü iqtisadiyyatın olmasıdır. Azərbaycan artıq iqtisadi müstəqilliyini çoxdan təmin edib. Bugün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heçkimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Və dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addım olmaqla, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.
Dövlət başçımızın dediyi kimi: «Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir».
RƏFİQƏ KAMALQIZI