PDF Oxu

Siyasət

  • 2 232

Heydər Əliyev və Azərbaycan mətbuatı TƏDBİR

Heydər Əliyev və Azərbaycan mətbuatı TƏDBİR

Ağdam rayon Heydər Əliyev Mərkəzində “22 İyul-Milli Mətbuat Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib. Ağdam rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon ıcra hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, rayon hüquq mühafizə orqanlarınin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri, mətbuat işçiləri və rayon ziyalıları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixinin 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmasından, Ulu öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Ulu öndərin siyasi kursunu davam etdirən Prezident cənab İlham Əliyevin Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlərdən bəhs etmişlər. Sonda bir qrup mətbuat işçisi rayon icra hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılmışdır.

Daha sonra YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək bildiib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir.

Ulu öndər Heydər Əliyev Milli mətbuatımız haqqında demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət digər istiqamətlərdə olduğu kimi milli mətbuatımızın inkişafında da öz müsbət nəticələrini verməkdədir.

ZÜMRÜD BAYRAMOBA

Digər xəbərlər