PDF Oxu

Siyasət

  • 2 258

"Ulu Öndər Heydər Əliyev milli mətbuatın inkişafına böyük töhfələr verib" MÜNASİBƏT

"Ulu Öndər Heydər Əliyev milli mətbuatın inkişafına böyük töhfələr verib" MÜNASİBƏT

"2023-cü ilin Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı "Heydər Əliyev" ili elan olunması, ilk növbədə, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı və dünya dövlətləri arasında özünəlayiq yer tutması ilə bağlıdır". Bunu "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas "Səs" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlətini gücləndirməklə, Ulu Öndər Heydər Əliyev öz adını ən yeni tarixə qızıl hərflərlə yazıb: "Hakimiyyətdə olduğu bütün dövrlərdə, xüsusən, ölkəmizin müstəqil dövlət kimi inkişaf etməsində, dünya dövlətləri sırasında möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Təəssüf ki, Ulu Öndərin xalqımızın və dövlətimizin tarixi inkişafındakı xidmətlərini bir yazıda əhatə etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin bütün sahələrinin inkişafı üçün çox böyük, fundamental işlər görüb. Ölkəmizin siyasi, iqtisadi və hərtərəfli inkişaf etməsində olduğu kimi, SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra qısa müddətdə Ulu Öndər Heydər Əliyev ölkəmizin milli mətbuatının inkişafına böyük töhfələr verib. Ölkəmizin demokratik yolla uğurla inkişaf etməsinə xidmət göstərən Ümummilli Lider Heydər Əliyev söz və ifadə azadlığının, vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın roluna xüsusi önəm verib. Ulu Öndərin 1998-ci ilin avqust ayında mətbuat üzərində olan senzuranı ləğv etməsi, qəzet və jurnalların borclarını silməsi, Mətbuat və İnformasiya nazirliyini qapatması və gördüyü bir sıra digər silsilə tədbirlər ölkəmizdə azad və müstəqil mətbuatın inkişafına təkan verib. 2003-cü ildə Ulu Öndər Heydər Əliyevi uğurla əvəz edən Prezident İlham Əliyev ölkə mətbuatının inkişafı üçün Ulu Öndərin yaratdığı bazanı daha da inkişaf etdirib və 2008-ci ildə Milli Mətbuatın inkişafına dair Dövlət Konsepsiyasını təsdiq edib. Hazırda həmin sənəddə əks olunmuş müddəalar uğurla həyata keçirilir. Bir sözlə, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində danılmaz, müstəsina xidmətləri olan Ümummilli Liderin 100 illiyi münasibətilə 2023-cü ilin "Heydər Əliyev" ili elan olunmasını ölkəmizin media ictimaiyyəti ruh yüksəkliyi ilə qarşılayır. Azərbaycanın dahi mütəfəkkiri, ilk ali təhsil alan böyük şəxsiyyət Həsən bəy Zərdabi Bakıda ilk işıq üzü görən "Əkinçi" qəzetini 22 iyul 1875-ci ildə nəşr edib. Müstəqillik əldə etdikdən sonra dövlətimiz və media ictimaiyyəti həmin tarix hər il Milli Mətbuat Günü kimi qeyd edir. Fürsətdən istifadə edib, Milli Mətbuat Günü münasibətilə ölkəmizin media sahəsində çalışan insanlarını təbrik edirəm".

GÜLYANƏ

Digər xəbərlər