PDF Oxu

Siyasət

  • 2 089

Pyotr Tolstoyun açıqlaması Rusiya-Azərbaycan strateji müttəfiqlik müqaviləsinə ziddir

Pyotr Tolstoyun açıqlaması Rusiya-Azərbaycan strateji müttəfiqlik müqaviləsinə ziddir

Rusiya və Azərbaycan Xarici İşlər nazirliklərinin bir sıra qarşılıqlı bəyanatlarından sonra Rusiya-Azərbaycan münasibətləri Moskva üçün daha dolğun təhlil obyektinə çevrilib. Rusiya mətbuatı Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması və Rusiya sülhməramlılarının statusu məsələsi ilə bağlı ölkələrin mövqelərinə aydınlıq gətirmək üçün keçirilən sonuncu diplomatik dueli “ziddiyyətli” adlandırıb. Azərbaycan tərəfi, müttəfiqlik münasibətləri çərçivəsində Rusiya tərəfinin Dağlıq Qarabağ məsələsində bir az da həssaslıq göstərməli olmasından danışıb.

Halbuki, Rusiya prezidenti dəfələrlə öz bəyanatlarında, rəsmi çıxışlarında Azərbaycanın ən yaxın müttəfiqlərdən olduğunu və Qarabağ məsələsində də ədalətə və hüquqa söykənən siyasət yeritdiyini qeyd edib. Rusiyanın nüfuzlu politoloqları Sergey Markov, İqor Korotçenko, Yevgeni Mixaylov, Aleksandr Razuvayev, Andrey Petrov, Dmitri Solonnikov, Leonid Kalaşnikov və sair ictimai xadimləri də Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə ediblər. Ölkələrimiz arasında Strateji Müttəfiqlik haqda Müqavilə imzalanıb və Azərbaycan bu müttəfiqliyə xələl gətirən heç nə etmir.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Ukraynaya humanitar yardım üçün 7,6 milyon dollar ayırıb. Rusiya-Azərbaycan münasibətlərini şərh edən Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Rusiyanın aparıcı dünya dövləti mövqeyinə malik olduğunu, əvvəllər onun tərkibində olan dövlətlərin ondan asılı olduğunu və asılı olacağını vurğulayıb.

“Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq”-deyən Tolstoy bildirir ki, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa başqa istiqamət yoxdur. Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır.

O deyib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq.

“Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”, – deyə rusiyalı deputat fikrini yekunlaşdırıb.

Ümumiyyətlə, Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil. Onun açıqlaması Rusiya ilə Azərbaycan arasında olan normal münasibətlərə kölgə salır. Təəssüf ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan Zatulin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir. Eyni zamanda, son zamanlar Rusiya mediasında da anti Azərbaycan ab havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir.

Azərbaycan 32 ildir müstəqil dövlət kimi inkişaf edir, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən biridir. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də digər aspektlərdən tam müstəqil güclü dövlətdir, heç bir ölkədənm asılı deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının ən böyük problemini həll edərək- Qarabağı azad edərək müzəffər sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını da təmin edib və ölkəmizin dünya birliyində layiqli yeri tutmasına səbəb olub.

Rusiya XİN in son açıqlamaları da göstərir ki, bu xətt təsadüfi deyil. Bu ittihamların və iddiaların hardan, hansı səbəbə qaynaqlandığı hamıya bəllidir. Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivısində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla bütün məsələlər bu kontekstdə qiymətləndirilmılidir. Bu, zəruru prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdlıri iflasa məhkumdur. Buna görə də ölkəmizə qarşı bu hücumların müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil.

Elçin Bayramlı

Digər xəbərlər