PDF Oxu

Siyasət

  • 1 982

Möhtəşəm tədbirlərin ünvanı Şuşadan dünyaya mesaj TƏHLİL

Möhtəşəm tədbirlərin ünvanı Şuşadan dünyaya mesaj TƏHLİL

Prezident İlham Əliyev Şuşa zirvəsində növbəti dəfə Azərbaycan reallıqlarını dünyaya nümayiş etdirdi

Bəli, tarixi Zəfərimizin zirvəsi olan Şuşa işğaldan azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ancaq keçirilən növbəti tədbir isə ölkəmiz və Qarabağ bölgəsi üçün daha möhtəşəm - belə ki, iyulun 21-də mili mətbuatımızın 148-ci ildönümünü qeyd etdiyi gündə Azərbaycan mədəniyyətinin mərkəzi beşiyi olan Şuşa növbəti bir tarixi tədbirin məkanı oldu. Belə ki, iyulun 22-23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən qədim Şuşa qalasında «Heydər Əliyev İli» çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumunun açılışı oldu. 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun, eləcə də 60 yerli media rəhbəri və nümayəndələrinin iştirak etdiyi Forumda Prezident İlham Əliyev bir daha dünyaya Azərbaycan reallıqlarını çatdırdı və regionda baş verən prosesləri dəyərləndirdi. Dövlət başçımız, həmçinin məclub Ermənistana, onunu havadarlarına və separatçı qüvvələrə növbəti xəbərdarlığını ünvanladı. .

ŞUŞA ŞƏHƏRİ BİZİM CƏSARƏTİMİZİN RƏMZİDİR

Bəli, bu günədək çoxsaylı beynəxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı mpedia, jurnalist təşkilptları rəhbərlərini, informasiya- kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləori bir araya topladı. Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirdi ki, Şuşa Qlobal Media Forumu bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir: «Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı».«Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir»,-deyən Azərbaycan Prezident Şuşada artıq bir neçə beynəlxalq tədbirin – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayaraq deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.«Şuşa unikal, misilsiz məkandır»,-deyən Prezident İlham Əliyev bildirib ki, Şuşada bütün işlər Baş plan əsasında aparılır. Bu şəhər (Şuşa – red.) qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır.Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı üç məscidin yenidən qurulduğunu da qeyd edib: «Əlbəttə, Şuşanın bərpası başlanılıb, bir müddət əvvəl Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış binasının inşası layihəsi başlanıb. Həmin layihələr çərçivəsində Şuşa sakinləri evlərinə qayıdacaqlar.Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu, yeni yollar yaradılıb. Bu ilin sentyabr ayında biz 1000 şagird yerlik məktəbin açılışını edəcəyik. 90 çarpayılıq xəstəxana ilin sonuna qədər hazır olacaq. Şuşada bütün işlər Baş plan əsasında aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaq, insan axını olacaq. Çünki bu, unikal, misilsiz məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir”. «Bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur».Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlətimizin başçısı deyib: «Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir və bir-birini dəstəkləyir». Dövlətimizin başçısı onu da bildirib ki, İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi və xalqı bizimlə çiyin-çiyinə dayanmışdı: «Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi». «Biz bütün 44 gün ərzində həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

«BİZ CƏNUBİ QAFQAZDA VƏZİYYƏTİ SABİTLƏŞDİRMƏLİYİK, DAYANIQLI SÜLHƏ NAİL OLMALIYIQ»

Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir.

Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: «Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir». Dövlətimizin başçısı onu da bildirib ki, cəmiyyətimizdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir. Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. «Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir» - deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir: «Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk». «Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır», - deyən Prezident İlham Əliyev son zamanlar Qoşulmama Hərəkatının nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulayaraq bildirib: «İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə birillik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu, o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb».Azərbaycan Prezidenti çıxışı zamanı qeyd edib ki, Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik: «Əlbəttə ki, səlahiyyətlərimizi (Qoşulmama Hərəkatına sədrliyi – red.) bir neçə aydan sonra Uqandaya ötürəndən sonra biz müəyyən bir zaman - Uqanda sədrlik etdiyi dövrdə üçlükdə olacağıq və fəal şəkildə cəhdlərin konsolidasiyası istiqamətində çalışacağıq». Dövlətimizin başçısı qeyd edib: “Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik. COVID-19 dövründə biz liderlik nümayiş etdirdik. Belə ki, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdik və Azərbaycan sədr olaraq fəal peyvənd millətçiliyinə qarşı çıxış etdi». «Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq». Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. Bu gün Ordumuzun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: «Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq”. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident qeyd edib: “Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”.

ŞUŞA BƏYANNAMƏSİ BİZİM QARŞIMIZDA YENİ ÜFÜQLƏR AÇIR

Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq.Dövlətimizin başçısı Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq deyib: «Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır». Azərbaycan Prezidenti keçən ilin fevralında imzalanmış Bəyannamənin Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi olmaqla, bu Bəyannamənin müstəqilliyin müxtəlif dövrlərində müxtəlif şəkildə təşəkkül tapan münasibətlərin bir forması olduğunu bildirdi. Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu qeyd edən dövlətimizin başçısı onu da vurğuladı ki, hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib: «Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir». «Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir». Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.«Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir», - deyə dövlətimizin başçısı vurğulayıb. «Mən ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz gündəlik işimdə mənə yardımçı olursunuz», - deyən dövlətimizin başçısı bildirib ki, xüsusilə Azərbaycan kimi ölkədə insanın 24 saat işləməli olduğunu, istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır: «Fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən cəmiyyətin nəbzini hiss etmək olmur. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olub və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatlar verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur”.

"HƏR DƏFƏ QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA GƏLƏNDƏ, İLK NÖVBƏDƏ, HİSS ETDİYİM QÜRUR HİSSİDİR"

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Cənubi Qafqazın inkişafının nədən asılı olduğunu açıqlayıb: «Bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır». «Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı», - deyə dövlətimizin başçısı vurğulayıb. «Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir»,-deyən Azərbaycan Prezidenti vurğulayıb ki, çünki xalqımla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil.Vətən müharibəsinin qəhrəman əsgər və zabitlərimizin, xalqımızın vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: «Bütün bunlar xalqımızı bir daha hətta hər birimizə tanıtdı, Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha göstərdi, ilk növbədə, hər birimizə və bütün dünyaya». «Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. “Böyük Qayıdış” proqramı qəbul edilib, proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. İnfrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təxminən 7 milyard ABŞ dollarına bərabər olacaq. Bu, ancaq başlanğıcdır».Bu sözləri Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.«Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıb», - deyə dövlət başçısı bildirib. «Növbəti üç il ərzində qarabağ və şərqi zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq», - deyən dövlətimizin başçısı çıxışında dədə-baba yurdlarından qaçqın düşən soydaşloarımızın növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağını vurğuladı: «Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində, ümid edirəm ki, gələn il birinci sakinlər gələcək, yerləşəcəklər». «Biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsun" , - deyən dövlətimizin başçısı bildirib ki, şəhərlərin Baş planları təsdiq olunanda şəhərlərdə yaşamış insanların da rəyi nəzərə alınmışdır. Şəhərlərin bərpasının təməlqoyma mərasimini də mən keçmiş köçkünlərlə birlikdə həyata keçirmişəm: «Biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsun və buna doğru da gedirik və gedəcəyik». Dövlətimizin başçısı, həmçinin, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında keçmiş məcburi köçkünlərə müraciət etdi: «Biz (ərazilərin minalardan təmizlənməsində - red.) dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində belə artıq dronlar var. Bu, bizə böyük kömək olur. Biz dərk edirik ki, bu, çox uzun prosesdir».Ermənilərin bizə qarşı terrorunun davam etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: «Biz minalardan təmizlənməmiş əraziləri təcrid etmişik və azad olunmuş ərazilərə giriş hələ də məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdacaqsa, onlar çox ehtiyatlı olmalıdırlar».

AZƏRBAYCAN PREZİDENTİ KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRƏ, HƏMVƏTƏNLƏRİMİZƏ MÜRACİƏT ETDİ

Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında keçmiş məcburi köçkünlərə, həmvətənlərimizə müraciət edərək bildirib ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir. Dövlətimizin başçısı azad edilmiş ərazilərdə şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacağını da vurğuladı: «İşğaldan əziyyət çəkən bir milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. "Hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq. Laçın şəhərinin timsalında deyə bilərəm ki, cəmi səkkiz ay ərzində Laçın şəhəri tamamilə yenidən quruldu və bu gün orada 700-dən çox ailə üçün şərait - həm fərdi evlər, həm çoxmənzilli evlər var. Sentyabrın 15-dək məktəb də, uşaq bağçası da, xəstəxana da hazır olacaq. Digər sosial obyektlər də inşa edilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İKİ İL YARIM ƏRZİNDƏ GÖRDÜYÜMÜZ İŞLƏR GÖSTƏRİR Kİ, BİZİM ÇOX CİDDİ TƏCRÜBƏMİZ VƏ PEŞƏKAR KADRLARIMIZ VAR

Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında minatəmizləmə prosesinin (Böyük Qayıdışa – red.) ən böyük əngəl olduğunu deyib: «Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var»,-deyən dövlət başçısı onu la vurğulayıb ki, bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə. On min kvadratkilometri əhatə edən ərazidə durmadan, gecə-gündüz işlər gedir.«Müharibə bitəndən sonra minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, azad olunmuş ərazilərdə üç yüzə yaxın mina partlayışı baş verib», - deyən dövlətimizin başçısı onu da söyləyib ki, minaların xəritəsinin verilməməsi Ermənistanın bizə qarşı terrorunun davamıdır. Minaların basdırılmasının müharibə cinayəti olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: «Həmin minaların xəritəsinin təqdim edilməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Ermənistanın baş naziri şəxsən rəsmi olaraq bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, elə xəritələr var”.«Minalardan azad olmaq üçün ciddi səylər göstəririk», - deyən Azərbaycan Prezidenti bildirib ki, biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq onları Azərbaycanda istehsal etməyə başlayıb.Hesablamalara görə, ərazilərimizdə bir milyondan artıq minanın basdırıldığını bildirən dövlətimizin başçısı qeyd edib: «Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, etiraf etdilər ki, onlar 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır».

ERMƏNİSTAN QƏBUL EDİB Kİ, QARABAĞ AZƏRBAYCANDIR VƏ ARTIQ SƏNƏDƏ İMZA ATMAQ MƏRHƏLƏSİDİR

«Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə - red.) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur».Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. «Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında sülh məsələsi ilə bağlı vurğulayıb ki, əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin (sülh müqaviləsinin – red.) ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür.Dövlətimizin başçısı qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.

PREZİDENT İLHAM ƏLİYEV MEDİA FORUMUNDA ERMƏNİLƏRİN QARABAĞA KÖÇÜRÜLMƏSİNDƏN DANIŞIB

Prezident İlham Əliyev Forumda çıxışı zamanı ermənilərin Qarabağa köçürülməsi ilə bağla bildirdi ki, ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşamışlar. Onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salındığını xatırladan dövlətimizin başçısı qeyd edib: «Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər». Azərbaycan Prezidenti Qarabağ erməniləri haqqında onu da bildirdi ki, biz maksimum şəkildə konstruktivlik göstərmişik: «Biz məsələ ilə (Qarabağın erməni əhalisinin inteqrasiyası – red.) bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik və maksimum şəkildə konstruktivlik göstərmişik».

«Ancaq bu gün Qarabağda “hakimiyyəti” əlində saxlayan xunta gah özlərinə “prezident” deyir, özlərini “deputat”, “nazir” adlandırır. Bu, gülüş doğurur”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar. Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər. Dövlətimizin başçısı, həmçinin deyib: “Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır”.

«Biz reinteqrasiya yolu ilə gedəcəyik, getməyə hazırıq. Erməni azlığının (Qarabağdakı – red.) hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq».Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında söyləyib.Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyən Prezident bildirib: «Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur». Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir.«Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında onu da söyləyib ki, bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq.O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: «Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır».Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında vurğulayıb ki, biz erməni xalqının tarixi mirasına əl dəymirik: «Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan (ermənilərdən – red.) qisas almaq fikrində deyilik».«Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur», - deyə dövlətimizin başçısı vurğulayıb.Bu yaddaş silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: «Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın».

PROSES BAŞLAYIB, ƏLİ AZƏRBAYCAN XALQININ QANINA BATMIŞ CƏLLADLAR CƏZALANDIRILIR

«Biz (İkinci Qarabağ müharibəsində - red.) təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik».Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.«Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır», - deyən dövlətimizin başçısı ancaq bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib. Bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını etiraf etməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda bildirib ki, Brüssel formatı bir balaca əlavə dəstəkverici bir mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, bu günə qədər o, müəyyən dərəcədə uğurlu olub.Dövlətimizin başçısı bu formatla Minsk qrupunun fərqindən də danışaraq deyib: “Bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün isə Fransa artıq yoxdur”. Prezident qeyd edib ki, Fransa Avropa formatında o qədər də rəsmi vasitəçi deyil. Bu faktor müəyyən təzyiqləri aradan qaldırır, gərginliyi götürür ki, iki lider bir-biri ilə danışsın və bir-birinin mövqeyini daha yaxşı başa düşsün. Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, i Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr öz ermənipərəst mövqelərini daha gizlədə bilmədilər, yaxud da bunu istəmədilər.Bunun müəyyən dərəcədə Azərbaycanın həmin ölkələrlə münasibətlərinin gərginləşməsinə gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı deyib: «Ancaq bu o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq. Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var, onlara çatmamışıq, amma onlara da çatacağıq”.

AZƏRBAYCAN RƏQABƏT MƏKANI DEYİL, ƏMƏKDAŞLIQ MƏKANIDIR

«Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal onlara reaksiya verim».Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.Ona görə gələcək fəaliyyətində də mediadan istifadə edəcəyini bildirən dövlətimizin başçısı qeyd edib: “Mən, əlbəttə, istədiyim qədər fəal deyiləm, çünki məşğulam. Ancaq müəyyən narahatlıq doğuran, cəmiyyətdə narahatlıq doğuran məsələlərə gəldikdə, mən dərhal təmasdayam. Mənim ailəm də mənimlə təmasdadır, qohumlarım təmasdadır və belə görüşlər də çox vacibdir”.Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin bildirib ki, Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır: «Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər».Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir. Hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə Azərbaycanda belə təmaslar potensial olaraq yenə də bərpa edilə bilər”.

Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Qlobal Media Forumunun müntəzəm keçirilməsini təklif edib: «Ötən il Şuşada ilk Forum keçiriləndə mən göstəriş verdim ki, bu tədbiri beynəlxalq Foruma çevirmək lazımdır və bu, artıq baş verir». Bu tədbirdə çıxışçı kimi təqdim edildiyini, ancaq burada uzun, böyük çıxış etməyə ehtiyacın olmadığını hesab etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar”.Səbrli olduqları üçün iştirakçılara təşəkkür edən Prezident bildirib: “Üç saata yaxındır ki, bir yerdəyik. Əminəm ki, bu müzakirələrin sayəsində siz ölkənizə çox yaxşı nəticələrlə qayıdacaqsınız və bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaq. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin”. Qeyd edək ki, Şuşa Forumu panel müzakirələrlə davam edib. Forum çərçivəsində media və informasiya kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlr müzakirə olunub, dünyanın tanınmış nüfuzlu media rəhbərləri və ekspertləri mühüm və vacib məsələləri müzakirə ediblər.Bir sözlə, tarixi Zəfərimizin zirvəsi olan Şuşa qalasında ilk dəfə keçirilən növbəti tədbir ölkəmiz və Qarabacımız üçün möhtəşəmliyi ilə növbəti dəfə Prezident İlham Əliyev Azərbaycan reallıqlarını, ölkəmizin dürüst siyasi kursunu, humanizm prinsiplərini dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının söylədiyi kimi Azərbaycan hədəflərinə doğru gedir. Ölkəmiz postmüharibə dövründə ardıcıl şəkildə hədəflərinə nail olub və bu proses uğurla davam edir və bu reallıq onu göstərir ki, bizi heç kim saxlaya, yolundan döndərə bilməz, çünki biz haqlı və güclüyük.Və bu gün Azərbaycanın ərazi bütölüyünü təmin edən Prezident İlham Əliyev ölkəmizin möhtəşəm gələcəyini qurur. Çünk dövlət başçımızın söylədiyi kimi: «AZƏRBAYCAN RƏQABƏT MƏKANI DEYİL, ƏMƏKDAŞLIQ MƏKANIDIR».

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər