PDF Oxu

Siyasət

  • 1 919

"Ermənilər aksiyalar vasitəsilə təxribatlar törədə bilər" MÜNASİBƏT

"Ermənilər aksiyalar vasitəsilə təxribatlar törədə bilər" MÜNASİBƏT

“Erməni tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi ətrafında aksiya keçirmək cəhdlərinə bir neçə aspektdən yanaşmaq lazımdır. İlk əvvəl bu ermənilərin burada təxribat törətmək və bu təxribata Azərbaycan sərhədçilərini cəlb etmək istəklərindən irəli gələ bilər”. Bu fikirləri politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşı tərəfin hətta qanunvericilik kontekstində bu aksiyaların qarşısını almaq istəyi isə erməni tərəfinə bu layihənin digər məqsədlərinin həyata keçirilməsi işinə şərait yaratmalıdır, əlbəttə, erməni tərəfinin düşündüyünə rəğmən: “Birincisi, erməni tərəfi bu aksiyalar zamanı Azərbaycan sərhədçiləri və Rusiya sülhməramlıları arasında təxribat yaratmaq və onları qarşıdurmaya sürükləmək cəhdlərində buluna bilərlər. İkincisi, bu amildən onlar Azərbaycan və Rusiya arasında münasibətlərdə gərginlik yaratmaq kontekstində yararlanmağa çalışa bilərlər. Üçüncüsü, Rusiya sülhməramlılarının loyal qalacaqlar təqdirdə, onlar Rusiyanı növbəti dəfə öz sülhməramlı missiyalarını yerinə yetirməməkdə ittiham edib, erməni cəmiyyətində anti-Rusiya ovqatının qızışdırılması üçün növbəti dəfə yararlanmağa çalışacaqlar, bu isə Paşinyan rejiminin maraqlarına cavab verir, zira Ermənistanda Rusiya təsir dairəsinin məhdudlaşdırılması və perspektivdə Ermənistanın Rusiyadan uzaqlaşması Paşinyanın Qərbdəki havadarları tərəfindən onun qarşısında qoyulan əsas vəzifələrdən biridir. Dördüncüsü, təxribat sülh danışıqlarına əngəl törətmək və Azərbaycanı danışıqlarda vasitəçilik edən geosiyasi güc mərkəzləri qarşısında arzuolunmaz vəziyyətdə qoymaq istəklərindən də irəli gələ bilər. Beşincisi, heç şübhəsiz ki, təxribat erməni tərəfinə informasiya müharibəsinin aparılmasında əlavə stimul verəcək və onu guya ki, Laçın dəhlizində Qarabağdakı ermənilərə məhdudiyyətlər yaratmaq, onu humanitar fəlakət həddinə çatdırmaqla bu bölgəni tərk etmək məcburiyyətində qoymaq kimi olaylarda ittiham etmək və digər bu kimi məsələlərdə ittiham etmək imkanlarını qazandıra bilər. Paşinyanın Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının tanınması kimi bəyənatları ona Ermənistan və Qarabağda olan etimadının azalmasına səbəb olduğundan istisna deyil ki, bu aksiyalardan Paşinyan rejimi daxili auditoriyaya və Qarabağdakı erməni icmasına təsir etmək ampluasından da istifadə oluna bilər”.

GÜLYANƏ

Digər xəbərlər