PDF Oxu

Siyasət

  • 1 588

“Paşinyan konkret mövqedən çıxış edə bilmir” MÜNASİBƏT

“Paşinyan konkret mövqedən çıxış edə bilmir” MÜNASİBƏT

“Laçın sərhəd keçidinin yaxınlığında bir qrup erməninin aksıya keçirməsinin arxasında Paşinyan rejiminin dayandığını hesab etmirəm. Laçın sərhəd keçid məntəqəsinin yaxınlığında ermənilərin aksiya keçirməyə çalışması Ermənistandakı müxalifətin əli ilə həyata keçirildiyini hesab edirəm. Çünki Ermənistan müxalifəti hər bir fürsətdən istifadə edərək erməni cəmiyyətini hökumətdən narazı salmağa və Paşinyan rejimini devirməyə çalışır”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan sülh müqaviləsi ilə bağlı danışıqlarda Azərbaycanın mövqeləri ilə razılaşdıqca ona qarşı təpkilər də çoxalır: “Paşinyan tərəddüd içindədir və Azərbaycanla münasibətlərin normalllaşdırılması ilə bağlı necə hərəkət edəcəyini bilmir. Ona görə də Paşinyan sadəcə konkret mövqedən çıxış edə bilmir”.

“Paşinyan bəyan edib ki, sülh əldə olunmayana qədər Azərbaycanla Ermənistan arasında müharibə qaçılmazdır. Bu nəyə işarədir” sualına cavabında A.Badamov bildirdi ki, Paşinyanın bu ifadəsi heç də Ermənistanın ordusunun güclü və Azərbaycanla yenidən müharibə etmək iqtidarında olması anlamına gəlmir: “Bu, sadəcə, sülh yoxdursa yenidən müharibə riski həmişə var deməkdir. 30 il torpaqlarımız işğal altında olduğu dövürdə də müharibə riskinin olduğunu dəfələrlə deyilirdi. Amma biz danışqlar yolu ilə torpaqlarımızı işğaldan azad olunmasına çalışdıq. Ermənistan və onun havadarları isə, əksinə, münaqişəni dondurmağa və status kvonu dəyişilməz saxlamağa çalışdı. Prezident İlham Əliyev isə status kvonun dəyişilməsinin qaçılmaz olduğunu dəfələrlə qeyd edirdi. Ermənistan statatus kvonun dəyişilməsi ilə bağlı dediyimizə məhəl qoymadığına görə müharibə baş verdi. Paşinyan 44 günlük müharibədən əvvəl Qarabağ Azərbaycandır deyərək torpaqlarımızı azad etsəydi, müharibə baş verməzdi. Azərbaycan döyüş meydanında status kvonu dəyişərək qələbəyə imza atdı. İndiki yeni reallıqda Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlanması ilə bağlı məsələləri əbədi olaraq danışqlar masası üzərində saxlamaq fikrində deyil. Bu bir daha sülh olmayacağı təqdirdə hərbi əməliyyatların qaçılmaz olacağı deməkdir. Paşinyan bu təcrübəni öz gözü ilə görüb və yenidən müharibə ilə qarşlaşacağından qorxaraq erməni cəmiyyətini sülh müqaviləsini imzalmağın vacibliyi ilə bağlı xəbərdar edir”.

GÜLYANƏ

Digər xəbərlər