Ermənistan müxalifəti və hökuməti, əslində, eyni xəstə təxəyyülə bağlıdırlar
Paşinyanın məlum bəyanatlarından sonra Ermənistanın siyasi-ictimai kuluarlarında cərəyan edən hadisələr bir daha göstərir ki, düşmən ölkədə revanşçılıq hissləri səngiməyib və bu amil Ermənistanı, bütövlükdə isə erməni xalqını daha ağır situasiyalara doğru sürükləyir. Ola bilər ki, erməni baş nazir, necə deyərlər, çulunu sudan quru çıxarmaq istəyir. Amma fakt budur ki, Qərbi Zəngəzur istiqamətindən Naxçıvana qədər dəhlizin açılmaması tələbindən tutmuş, Qarabağdakı quldur rejimin fəaliyyətinin davam etdirilməsinə qədər baş verən bütün olaylar, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistanın ictimai-siyasi rəyi ümumiyyətlə, ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və niyyətləri də bu istiqamətə doğru köklənib. Təkcə Xəlfəli-Xankəndi yolu üzərində rus sülhməramlılarının separatçılara hərbi texnika daşımaları faktı özü-özlüyündə hər şeyi göstərir.
Beləliklə, maraqlıdır ki, bu gün yalnız erməni müxalifətçiləri deyil, həm də hökuməti hər vəchlə üçtərəfli bəyanatın, habelə sonradan razılaşdırılan qərarların icrasına ciddi maneələr törədirlər – müxalifətçilər hay-küy qaldırmaqla, hökumət isə zaman qazanmaq və çıxış yolları tapmaq vasitəsi ilə. Hansı ki, hər iki cinah dalana söykənib və əgər belə vəziyyət davam edərsə, bunun nəticəsi həqiqətən də, onlar üçün çox acınacaqlı ola bilər.
Vazgen Petrosyan: “Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya aparılacaqsa, bu zaman ermənilər ömürlük Qarabağ və Naxçıvan barədə unutmalıdırlar”
Bu arada, erməni politoloqu, “Ermənistanın xalq hərəkatı” adlı təşkilatının rəhbəri Vazgen Petrosyanın fikirlərinə də diqqət yetirmək olar. O, iddia edib ki, Ermənistan gərək öz baxışlarını yenidən nəzərdən keçirsin. “Əgər biz istəyiriksə ki, səsimiz dünyada yenidən eşidilsin, əgər biz istəyiriksə dünyada öz yerimiz və rolumuz olsun, onda yenidən bir olmalıyıq”, deyə pafosla danışan Vazgen Petrosyan sözügedən xüsusda bildirib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya aparılacaqsa, bu zaman ermənilər ömürlük Qarabağ və Naxçıvan barədə unutmalıdırlar.
Daha bir erməni siyasətçisi Arman Abovyan tv verilişlərinin birinə çıxaraq həyasızcasına bəyan edib ki, ermənilərə zaman lazımdır və onlar Bakıya, Gəncəyə, eləcə də Azərbaycanın digər bölgələrinə qədər irəliləyərək “erməni torpaqlarına” yiyələnəcəklər. Bu məxluq Bakını “bakurakert”, Gəncəni isə “qandzak” adlandırıb və bildirib ki, Azərbaycanın dərinliklərinə qədər hər bir azərbaycanlı müharibənin onların evlərinə gələcəyini bilməlidirlər və bunun üçün ermənilər hərəkətə keçməlidirlər.
Göründüyü kimi, bu gün erməni ictimai-siyasi rəyində əsas çoxluq revanşçılıq, işğalçılıq meyilləri və qonşularının torpaqlarına göz dikmək xəstəliyi qalmaqda davam edir. Bu xəstəliyin sağaldılması üçün mütləq alternativ variantların həyata keçirilməsi zərurətə çevrilir. Baxın, bütün dünya, beynəlxalq strukturlar və hüquq mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, suveren hüquqlarını tanıyır, amma qədim Azərbaycan torpaqları üzərində qurulmuş saxta “Ermənistan”, hətta başı 44 günlük müharibədə və daha sonrakı məlum hadisələrdə əzilsə belə, yenə də həmin xəstəliyindən xilas ola bilmir. Və bu gün Zəngəzurda, Qarabağda erməni əsgərləri ölürsə, onların qanları heç də Azərbaycanın üzərində deyil, bu məsuliyyət, günah məhz bənzər çağırışlar edən daşnak xislətli, xəstə təxəyyüllü ermənilərin üzərindədir!
Bu xəstə məxluqlar öz kirli xislətlərinin və riyakar məramlarının başqa millətlərdə və xalqlarda da olduğunu sanırlar
Gəlin həmin xəstə təxəyyüllü erməninin digər ifadəsinə diqqət yetirək: “Əgər biz Azərbaycanın ərazi bütövlüyünü tanısaq, türklərin (yəni, azərbaycanlıların) tələbləri onları Naxçıvanla bağlayacaq hansısa növbəti yolun verilməsi ilə bağlı olacaq. Bundan sonra pantürkist proqramı realizə ediləcək və Ermənistanın, erməni xalqının mövcudluğu yalnız zamanın sualı olaraq qalacaq”.
Bir daha göründüyü kimi, bu xəstə məxluqlar öz kirli xislətlərinin və riyakar məramlarının başqa millətlərdə və xalqlarda da olduğunu sanırlar, halbuki Azərbaycan dövləti heç vaxt başqalarının torpaqlarına göz dikməyib, işğalçı siyasət yürütməyib, təcavüzkarlıq meyillərindən uzaq olub, əksinə, Ermənistan və onun daşnak xislətli dövlət siyasəti, eləcə də xalqının böyük kəsimi həmin maraqlarla yaşayıb və fakt olaraq yaşamaqdadır. Özü də yalnız Azərbaycana qarşı deyil, Gürcüstana, İrana, Türkiyəyə, hətta Rusiyadakı vilayətlərə qədər torpaq iddialarında olan bu rüsvayçı, riyakar məxluqlar bütövlükdə regionun inkişafı və tərəqqisinə ciddi maneələr törədirlər. Nəticədə isə, olan-olur və bunun da səbəbkarları elə onların özləridir.
Afət Tahirqızı