PDF Oxu

Siyasət

  • 2 662

Cənab Prezident Qlobal Media Forumunda erməni revanşizminə bir daha mesaj verdi ŞƏRH

Cənab Prezident Qlobal Media Forumunda erməni revanşizminə bir daha mesaj verdi ŞƏRH

Prezident ilk olaraq bəyan etdi ki, Şuşa Azərbaycanın cəsarət rəmzidir. Bu, o demək idi ki, artıq Azərbaycan bu torpaqlara əbədi dönüb və buranın əbədi sahibidir. İkincisi, Azərbaycan Prezidenti yenidən baş qaldırmaq istəyən revanşistlərə və onların havadarlarına mesajlarını ünvanladı ki, cəhdləriniz əbəsdir. Hər şeydən xəbərdarıq və istənilən ssenariyə hazırıq. “Biz revanşist ideyaların istənilən ssenarisinə hazır olmalıyıq. Bunun üçün də İkinci Qarabağ müharibəsi bitən kimi, yenidən müdafiə qabliyyətimizi gücləndirmək istiqamətində dərin islahatlar keçirməyə başlamışıq. Bu gün ordumuz 3 il əvvəkli ordudan da daha qüdrətlidir. Çünki bu gün beynəlxalq hüquq normaları pozulur və beynəlxalq hüququn təmin olunmasına selektiv yanaşma mövcuddur. Beynəlxalq hüquq işləməyəndə, atılan imzalara əməl olunmadığı zaman sülhün təminatçısı ancaq güc olur. Dünyada gedən mürəkkəb geosiyasi proseslər yarana biləcək təhlükələri istisna etmədiyindan buna hazır olmalıyıq. Biz gücümüzü artırmaqla həmin gələcək təhlükənin öhdəsindən gələ bilirik”, - Azərbaycan Prezidenti bəyan edib.Ölkə başçısının növbəti mühüm mühüm mesajı Türkiyənin Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasındakı müstəsna rolu idi. Azərbaycan Prezidenti dünyaya açıq mesaj verdi ki, bu gün Türkiyə Cənubi Qafqazda inkişaf və sabitlik adasının yaranmasında çox mühüm bir faktora malikdir və biz onun rolunu yüksək qiymətləndiririk. Azərbaycan Prezidentinin “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq.Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır” - bəyanatı ciddi məqamlardan xəbər verir. Bu iki qardaş ölkənin bölgə ilə bağlı gələcək planlarından və kimsənin Ankaranın bölgədəki rolunu küçümsəmək cəhdinə qarşı verdiyi sərt reaksiya idi.Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır. Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsi ikiqat qürur və fəxarət hissi yaşadır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb. Ordumuzun qəhrəmanlığı həm xalqımızı Qələbə ilə sevindirdi, həm də ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz resursları hesabına bərpa edir və bu da dünyada hökm sürən ikili standartların bir sübutudur. Şuşa şəhərindəki dağıntılar, bərpa və yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır və təbliğ edilir. Azərbaycanda böyük jurnalist ordusu yetişir.

Nicat İsmayılov

YAP Yasamal rayon Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər