PDF Oxu

Siyasət

  • 2 497

Niyə sağlam müxalifət formalaşa bilmir? TƏHLİL

Niyə sağlam müxalifət formalaşa bilmir? TƏHLİL

Dağıdıcı müxalifət Qubad İbadoğlunun hüquqi məsuliyyətə cəlb edilməsi məsələsindən istifadə edərək qeyri-qanuni çağırışlar etməklə sifariş yerinə yetirir

Müxalifət daxilində yeni düşüncə sahiblərinin meydana çıxa bilməməsi düşərgədə ciddi problemlərin, həm də qopmaların yaranmasına gətirib çıxarır. Yəni, artıq sıravi üzvlər kollegial orqanlarda təmsil olunan şəxslərin boğazdan yuxarı fikirlərindən yorulduqlarını etiraf edib, çıxış yolunu partiydan istefa verməkdə görürlər. Vəziyyətin ağırlığını partiya funksionerləri də dərk etsələr də, hikkəli və iddialı olmaları səbəbindən digər partiyalarla səmimi münasibətlərin qurulması və partiyalar daxilində demokratik durumun formalaşdırılması mümkün deyil. Bəzən patiya sədrləri tərəfindən əməkdaşlığın qurulması, blokların yaradılması təklifləri irəli sürülür. Lakin hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Çünki müxalif liderlərinin bir-birinə qarşı pərdəarxası ittihamları sıravi partiya üzvləri tərəfindən də, hiss edilir və bu da özünü sosial şəbəkələrdə tam çılpaqlığı ilə göstərməkdədir. Beləliklə, yenidən başladılan əks-təbliğat kampaniyası isə növbəti mərhələyə keçid alıb. Bu kimi davamiyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərincə təkan verəcək. Dəfələrlə müxalifət partiyaları ictimai nifrətdən qaçmaq üçün müxtəlif blok və qurumlar yaradıblar. Amma fakt budur ki, yaradılan qurumların ömrü çox qısa olub. Birinci partiyaya, aparıcı lider olmaq iddiaları müxalif qurumların işlək mexanizmə çevrilmələrinə imkan vermir.

Dağıdıcı müxalifət meydan təfəkküründən xilas ola bilmir

İndiki məqamda maraqlarının eyni nöqtədə birləşməsi isə müvəqqəti xarakter daşıyır. Yəni AXCP və “Milli Şura” adlanan qondarma qurum Qubad İbadoğlunun hüquqi məsuliyyətə cəlb edilməsi məsələsindən istifadə edərək aralarındakı intriqaları kənara qoyub, sifariş əsasında “bilik” nümayiş etdirirlər. Fuad Qəhrəmanlı, Əli Kərimli, Gültəkin Hacıbəyli və digərləri qeyri-qanuni çağırışlar edərək insanları dövlətə qarşı çıxmağa, qanunlara riayət etməməyə meyilləndirməyə çalışırlar. Dağıdıcı müxalifət isə əldə olunan uğurlara qısqanclıqla yanaşır. Çünki müstəqil deyillər, maddi və mənəvi dəstək aldıqları xarici qüvvələrdən asılıdırlar. Məhz asılı olduqları üçün ara-sıra xalqa qarş ittihamlar səsləndirir, cəmiyyəti şüursuzluqda ittiham edirlər. Xalqı “bayağı əyləncələrə meyilli” toplum kimi təsvir etməklə siyasi şüura sahib olmadığını, düşünə bilmədiyini iddia edirlər. Söz yox ki, dağıdıcı müxalifətin xalqa qarşı belə acıqlı və qıcıqlı olmasının səbəbi cəmiyyətin onları rədd etməsi, ciddiyə almamasıdır.

Q.İbadoğlunun qardaşı Vüqar Bayramov: “Cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar, sadəcə, təəssüf doğurur”

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, FETO-çu Qubad İbadoğlunun hüquqi məsuliyyətə cəlb edilməsindən dağıdıcı müxalifətin hay-küy salması, onların FETO-çunun müdafiəçi rolunda çıxış etdikləri anlamı yarada bilməz. Çünki bu, onlarda alınmır. Daha doğrusu, bu günə qədər bir fakt yoxdur, o fakta istinadən qeyd olunsun ki, filan vaxtı, filan partiya funksioneri cinayət məsuliyyətinə cəlb edilən əqidə yoldaşını səmimi şəkildə müdafiə edib. İlqar Məmmədov, Əli İnsanov, məlum cinayət əməllərinə görə, cinayət məsuliyyətinə cəlb edildikləri zaman AXCP, Müsavat, “Milli Şura” rəhbərliyi siyasi maraqları xatirinə onları müdafiə etdiklərini bildirsələr də, reallıqda aşkarlandı ki, “müdafiə”çilər söz oyunu oynayıblar, əslində, İ.Məmmədov, Ə.İnsanov onlar üçün arzuolunmaz partiya sədrləridir. Şübhə yoxdur ki, AXCP, Müsavat, “Milli Şura” və digər sürünənlər sinfinə aid olan məxluqların Q.İbadoğlunu səmimi şəkildə müdafiə etməyə çalışdıqları inandırıcı deyil. Digər tərəfdən, nəyi müdafiə edirlər? Artıq istintaq orqanı tərəfindən Q.İbadoğluna qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib. Hətta qardaşı, deputat Vüqar Bayramov istintaq orqanının Məhkəməyə təqdim etdiyi təqdimatla razılaşdığını bildirib. Onu da qeyd edib ki, son bir həftə ərzində xarici səfərdə olduğu üçün məsələ ilə bağlı medianın suallarını cavablandırmaq imkanı olmayıb: “Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə suallarını cavablandıra biləcəyəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar, sadəcə, təəssüf doğurur. İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəyəm. Allah bütün məhbusların qapısını açsın”.

Real və səmimi fikirlər V. Bayramovun söylədikləridir. Yəqin ki, Q.İbadoğlunu siyasi maraqları naminə “müdafiə” etməyə çalışanlar V.Bayramovun açıqlamasından dərs götürəcəklər.

İ.ƏLİYEV

Digər xəbərlər