PDF Oxu

Siyasət

  • 2 176

Sülhü "Boğan" minalar ŞƏRH

Sülhü "Boğan" minalar ŞƏRH

Qarabağda 30 ildir dədə-baba torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin geri qaytarılmasında ən böyük maneə işğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sürsat və minalardır.Hazırda Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən çirkli əraziləri siyahısında yer alıb. Buna səbəb 27-28 il ərzində işğalda qalan ərazilərdə ermənilərin apardığı minalama və bu ərazilərin hərbi təlimlər üçün istifadə yerinə çevirməsidir.Mütəxəssislərin ehtimalına görə Qarabağda bir milyona qədər mina var, bunların içərisində ən çox çirklənmiş ərazilər Ağdam və Füzuli rayonlarının payına düşür. Təkcə Ağdamda 97.000 mina olduğu rəsmi mənbələrdə bildirilir.Ötən həftə Qarabağda 227.23 ha ərazi minalardan təmizlənib. Rəsmi rəqəmlərə və proseslərin gedişinə baxanda aydın şəkildə görmək olar ki, Qarabağda yenidənqurma və əhalinin köçürülməsinə maneə törədən ən böyük səbəb məhs mina təhlükəsinin olmasıdır.Xarici işlər naziri Ceyhun Bayramovun ötən həftə Parisə işgüzar səfəri çərçivəsində Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşündə də məhs Qarabağda minaların insan həyatı üçün törətdiyi fəsadlar, Qarabağda minalanmış ərazilərin xəritələrinin verilməsi mövzusunda müzakirələr edilib. Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda Ermənistanın məsuliyyətsiz və qeyri-humanist davranışını dünya ictimaiyyətinə çatdırıb. Yadınızdadırsa uzun danışıqlar prosesindən sonra Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faiz təşkil edib. Bu onu göstərir ki, rəsmi İrəvan minalanmış ərazilərin real xəritəsini qəsdən Azərbaycan tərəfinə təqdim etmək istəmir. Bununla da Azərbaycanda basdırılmış minalar vastəsilə müharibəni davam etdirirlər.Bütün çətinliklərə baxmayaraq Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərini minatəmizləmə işləri ilə paralel olaraq davam etdirir.Mütəxəssislərin təxmini hesablamalara görə verdiyi rəqəmə əsaslansaq Qarabağın minalardan tam təmizlənməsi 10-15 il vaxt ala bilər. Bu isə bölgədə sülhün bərqərar olmasına bu və ya digər şəkildə zərbə vuracaq deməkdir. Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq Ermənistan ilə bütün diplomatik görüşlərdə öz dostluq və sülh əlini Ermənistana uzadıb, buna cavab olaraq isə Ermənistan 28 il durmadan minalarla çirkləndirdiyi ərazilərin xəritəsini verməkdən boyun qaçırır. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda sadə vətəndaşların minaya düşmə halları baş verib. Məsələ burasındadır ki, minaya düşənlər təkcə Azərbaycanlılar olmayıb, eyni zamanda ermənilər də dəfələrlə minaya düşüb. Burdan belə aydın olur ki, öz soydaşlarının belə zərər görməsi Ermənistana və onun "Qarabağ ermənilərinin haqqının müdafiəsinə" aidiyyəti yoxdur.

Ermənistanın mənfur niyyəti təkcə mina xəritələrinin verilməməsində deyil, eyni zamanda minalanmanın birbaşa və ya dolayısı ilə davam etdirilməsindədir.

Belə ki, Qarabağdan və Azərbaycandan keçən, Ermənistan ərazisindən bizim ərazilərimizə daxil olan axar su mənbələri, xüsusi ilə çaylar vasitəsilə minaların buraxılması da bilinən faktlardandır. Eyni zamanda Qarabağda separatçı rejim vasitəsilə ilə dəfələrlə Azərbaycan nəzarətində olan ərazilərin minalanmasına cəhdlər olub. İndi Ermənistan və ya onun havadarları necə özlərini müdafiə edə bilərlər ki, sülh istəyirlər ? Bunların "sülh" dedikləri məqsədin əsas hissəsi Azərbaycan vətəndaşının həlak olması, bölgədə qarışıqlıq və qeyri-sabitliyin höküm sürməsidir.

Son zamanlar işğaldan azad edilən Azərbaycan torpaqlarında minadan ölənlərin sayı azalıb. Ancaq burada Ermənistanın və Paşinyanın iddia etdiyi “xəritə"nin heç bir rolu olmayıb. Bu, birmənalı olaraq Azərbaycanın əraziyə nəzarət, maarifləndirmə və təhlükəsizlik tədbirlərini gücləndirməsinin nəticəsidir. Ermənistanın insanlığa zidd addımlar atması, regiona mina “əkməsi”, minalanmış ərazilərin xəritəsini tam verməməsi səbəbindən minlərlə məcburi köçkün bu gün də öz yurdlarını ziyarət edə bilmir. Bu səbəbdən neçə-neçə yaşlı insan öz doğma torpağını görməyərək dünyasını dəyişib. Bütün bu kimi hallar Ermənistan hakimiyyətinin antihumanist davranışı nəticəsində baş verir.Son olaraq israilli jurnalist Reyçel Abraham Qarabağ səfəri ilə bağlı təəssüratlarını bölüşərkən yazıb; “Beynəlxalq ictimaiyyət minaların yerləşdirilməsinə qarşı fəal çıxış edir və onlarla mübarizədə ciddi səy göstərir, amma Ermənistan nəinki bu çağırışlara məhəl qoymur, həm də Azərbaycanın ərazilərində minalar yerləşdirməkdə davam edir”.Dünyanın gözü önündə, dünya görə-görə niyyətini göstərirsənsə bu mütləq cavabsız qalmayacaq. Ermənistan bilməlidir ki, antihumanist davranışları ilə Azərbaycana yox, özünə zərər vurur və bu zərər "Böyük Ermənistan" xəyalları quran dövlətin varlığını belə təhlükə qarşısında qoyur.

Ramin Bəhmənli

YAP Ağdam rayon təşkilatının fəalı

Digər xəbərlər